İqor Korotçenko: Ermənistan bir faşisti milli qəhrəman elan edirsə, onu necə Rusiyanın müttəfiqi hesab etmək olar?



“Ermənistanla əlaqəli bu gün bir çox suallar var. İrəvanda bizi “Ermənistanı təslim etməkdə” ittiham edirlər. Amma Ermənistan unudur ki, hər addımbaşı Rusiyaya xəyanət edir. Onlardan biri də Qaregin Nijdenin şərəfinə küçə və qəsəbələrə onun adının verilməsidir, abidəsinin ucaldılmasıdır. Bu açıq şəkildə faşizmin müdafiəsi siyasətidir. Bu qırmızı xətti keçməkdir. Belə hərəkətlər qəbuledilməzdir”.
KONKRET.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”a verdiyi müsahibəsində deyib.
Ekspert Moskvanın İrəvanla müttəfiqlik münasibətlərindən danışarkən qeyd edib ki, tək bir məsələ Ermənistanın nasist Qaregin Nijdeyə göstərdiyi münasibətə görə Rusiyanın Ermənistandan üz çevirmək haqqı var. “Düşünürəm ki, Rusiyanın bu məsələdəki mövqeyinə Ermənistan ən azından həssaslıqla yanaşmalıdır. Ermənistan Rusiyadan hərbi borc alır. Ancaq, məncə Qaregin Nijdenin İrəvandakı abidəsi postamentlə birlikdə buldozerlə yıxılanadək Ermənistan Rusiyadan bir dollar da almamalıdır. Çünki, Nijdenin əlində 27 milyon öldürülmüş Sovet vətəndaşının qanı var”.
“Məsələ barədə ötənlərdə Rusiya Xarici İşlər Nazirliyindən fərdi açıqlamalar oldu. Ancaq Nazirlikdən başqa hamı susur. Niyə bu barədə susuruq bilmirəm? Faşizmi qəhrəmanlaşdıran bir ölkə necə Rusiyanın müttəfiqi hesab edilə bilər?”-deyə baş redaktor əlavə edib.
Mütəxəssis Rusiyada bu tip adamların olduğunu xatırlatdı. Lakin bu gün heç kim onları milli qəhrəman kimi xatırlamır. “Məsələn, general Andrey Vlasov Moskvanın müdafiəsinin qəhrəmanlarından biri idi. Lakin ölkəyə xəyanət edib Hitlerlə əməkdaşlıq etməyə başladıqdan sonra milli xəyanətkar kimi asıldı. Nijde də asılmalı idi.O, Sovet vətəndaşlarına və Qırmızı Ordunun əsgərlərinə qarşı SSRİ ərazisində terror aktları törətmək üçün təxribat qrupları hazırladığı üçün həbs edildi. Lakin o zaman edam cəzası ləğv edildiyi üçün həbs cəzası aldı , əks təqdirdə Vlasov kimi asılacaqdı” – deyə İqor Korotçenko qeyd edib.
“Buna görə də Rusiya açıq şəkildə Ermənistandan soruşmalıdır: niyə Hitlerçilərlə iş birliyində olan, Sovet hərbi tribunalı tərəfindən milli xəyanətkar kimi mühakimə olunan bir hərbi cinayətkar-Nijdeni bu qədər bütləşdirilir? Hələ də izah olunmur. Yəni Sovet ədalətinin və Rusiya dövlətinin bu məsələdə baxışları üst-üstə düşür. Lakin Nijde Ermənistanda hələ də milli qəhrəmandır. Bu, məsələ dövlət səviyyəsində müzakirə edilməli və ona siyasi və huquqi qiymət verilməlidir”.
Tarix: 5-02-2021, 21:34
Xəbəri paylaş



Xəbər lenti