“Yasamalın bir deputatı var. Elnur Allahverdiyev. Seçkiqabağı təşviqat müddətində qapıma bir buklet qoymuşdu ki... Bukleti hələ də saxlayıram, ata bilmirəm. Elə bahalı bukletdir ki”. Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
T.Abbaslı deputatı israfçılığa yol verdiyinə görə tənqid edib: “Təsəvvür edin, 40 min seçici var. Əgər pulun varsa, sənin nə işin var Milli Məclisdə? Tozsoranını sat, pulunu qazan”.
Qeyd: E.Allahverdiyev “Kontakt Home”un rəhbəri olub.
Tarix: 31-01-2021, 09:16