Ruslar Qarabağda senzura tətbiq edib, niyyətləri və məqsədləri nədir axı?


“11 Yanvar 2021-ci il Azərbaycan, Ermənistan, Rusiya rəhbərlərinin üç tərəfli Moskva görüşündən iki həftədən çox vaxt keçib. Diqqət yetirsək görərik ki, Moskvada məlum görüşündən sonra Qarabağda Rusiya sülhməramlıların fəaliyyətinin işıqlandırılmaşına senzura tətbiq edilib və demək olar ki, sülhməramlıların nəzarətimizdə olmayan ərazilərimizdə hansı missiya ilə məşğul olması tam gizli şəkildə aparılır. Bölgədən sülhməramlılarla bağlı hər hansı bir məlumat tam rəsmi xarakterlidir və artıq rus əsgərlərinə də fərdi qayda da məlumat axınını gizlətməyə və yayımlamamaq tapşırığı göz qabağındadır. Rus sülhməramlıların Qarabağdakı fəaliyyətinin məxfiliyi təbii ki, məlum 11 yanvar Moskva görüşündən sonra tətbiqi onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə rus sülhməramlıların missiyasından kənar fəaliyyətinə narzanlılığı və kəskin etirazı, rusları informasiya məsələsində daha diqqətli olmağa məcbur edib.”
Neqativ.com bildirir ki.bunu hüquqşünas Vüqar Dadaşov rus sülhməramlıların mandatından kənar fəaliyyəti barədə danışarkən deyib.
Hüquqşünas fikirlərini belə davam etdirib:
“Ancaq ki, bu o demək deyil ki, rus sülhməramlıları öz çirkin niyyətindən əl çəkib, sadəcə olaraq rus sülhməramlıları həmin Moskva görüşündən sonra erməni azərbaycanlı düşmənçiliyin dərinləşməsinə xidmət edən əməllərini Azərbaycan cəmiyyətindən gizlətməyə qərar veriblər. Son dövrlərdə baş vermiş proseslər göstərir ki, Kreml hakimiyyəti heç bir razılaşmaya əməl etmək fikrində deyil və həmin razılaşmaları açıqcasına təhrif edirlər. Rusiya xarici işlər naziri Lavrov Rusiya sülhməramlıların Azərbaycanda Qarabağda fəaliyyətinin konkret parametrlərinin müəyyən olunması dair açıqlamasında bu məsələnin üçtərəfli forma çərçivəsində mümkünlüyünü bildirib. Bu nə deməkdir, Azərbaycan ərazisində hər hansı bir ordunun yerləşdirilməsi və fəaliyyəti niyə üçüncü tərəflə-Ermənistanla razlıaşırılmalıdır? Ermənistanın Azərbaycan ərazilərində hansı hüquqa malikdir?
Bundan əlavə 10 noyabr üçtərəfli Bəyanatın əsas şərtlərinə görə tərəflərdən hər hansı birin istəyi əsasında sülhməramlılar bölgəni tərk etməlidir. Görünən odur ki, ruslar həmin bəyanatın 4-cü bəndini təsirdən salmağa israrlıdırlar.
Siyasi nəticəyə və hədəfə hesablanmış rus təxribatlarını biridə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə keçirdiyi etiraz aksiyası idi. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla "Vardenis”ə (Basarkeçər) getməyinə şərait yaradılsın. Aksiyanın mahiyyəti odur ki, ruslar ermənilərin dili ilə Azərbaycan sərhədlərini tanımadıqlarını və suverenliyini tanımaq istəmirlər. Təbii ki, rusların razılığı olmadan bu aksiyaların təşkili və keçirilməsi mümkünsüzdür. Həmin aksiyaçılar qarşısına çıxan rus zabitinin “artsax” kəlməsi, həmin o aksiyada kimin nə məqsədini, hansı hədəfini göstərmiş oldu. 11 yanvar Moskva razılaşmasından sonra, “Dağlıq Qarabağın Azərbaycan daxilində statusu mümkün deyil və qəbuledilməzdir. Bunu Qarabağ Prezidenti Arayik Arutyunyan çərşənbə axşamı Karen Sarkisyanın Daxili İşlər Nazirliyinin personalına təqdimatı zamanı deyib.” xəbərini bu gün “Sputnik” xəbər portalı yayımlayıb. Xəbərin mahiyyəti onu göstərir ki, ruslar artıq Ermənistanla deyil, özlərinin yaratmış olduğu separatçı rejimlə Azərbaycanda daimi mövcudluğunu təmin etmək fikrindədir. Bəllidir ki, beynəlxalq axtarışda olan Araik Ermənistanın və bütün dünya ermənilərinin məğlubiyyətindən sonra belə ürəkli, qorxmaz açıqlama ilə çıxış etməsi ruslara arxayınlığına bağlıdır. Rusların Ermənistanla deyil separatçı rejimlə iş birliyinə üstünlük verməsi rusların “b” planıdır, daha doğrusu, Ermənistan haçansa Rusiya təsirindən çıxmış olsa da Qarabağ separatçılarının vasitəsi ilə bölgədə mövcudluğunu təmin etmiş olsunlar. Əlavə olaraq bu vəziyyət bir daha onu göstərir ki, ruslar ümumiyyətlə Ermənistanın rus təsirində qalacağına, qərbə və ya Türkiyəyə inteqrasiya etməyəcəyinə əmin deyillər.
Diqqətimizdən yayınan məqam da odur ki, hələ nəzarətimizdə olmayan ərazilərimizə hava müşahidəsinin ruslar tərəfindən “qadağan” etməsi rusların Azərbaycana yeni növ məkrli planının rahatlıqla başa çatdırılmasına hesablanıb. Əminliklə demək olar ki, rusların sürprizləri hələ qabaqdadır, onlar Qarabağ konfliktini dirçəldəcək və bu konfliktin tarixə qovuşmasına mane ola biləcək ən məkrli planlardan belə istifadə edəcəklər.
Vəziyyət təcilli olaraq onu tələb edir ki, Azərbaycan dövlət sərhədlərini tam qapatmalı, laçın koridorunu nəzarətə götürməli, rus sülhməramlılarının statusunu müəyyən etməlidir. Tarixi analiz göstərir ki, ruslarla “müdafiə” siyasəti effektli deyil, ruslar həmişə “hücum” və “güc” siyasətinə loyallıq edibdir.
Prezident İlham Əliyevin ağılı strateji siyasi bacarığı, Azərbaycanın dövlətinin hərbi və iqtisadi potensialı, Türkiyə faktoru, bütünlüklə dünyada və dövlətlərdə baş verən proseslər deməyə əsas verir ki, rusların yeni növ məkrli planlarını da poza biləcək iqtidarındayıq.”
Neqativ.com
Tarix: 26-01-2021, 20:10
Xəbəri paylaş



Xəbər lenti