"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər" deyən Siyavuş Novruzovun yaşadığı ölkədən xəbəri yoxdur. Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
T.Abbaslı bildirib ki, Siyavuş Novruzov hazırda kafe, restoran və digər xidmət sahələrinin fəaliyyət göstərməməsindən məlumatsızdır: “Tələbələri iş olmayan yerdə işə dəvət edir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da karantin rejimi tətbiq edilir. Guya iş var, tələbələr işləmirlər... Tələbənin əsası işi oxumaqdır, özünü inkişaf etdirməkdir. Tələbə səhər dərsə, sonra da Siyavuş Novruzov kimilərin “Mercedes”inə benzin vurmaq üçün yanacaqdoldurma məntəqəsində işləyərsə, dərslərini necə oxuyacaq? Ona görə də təhsilimiz bu gündədir. Siyavuş Novruzov elə bilir ki, hamı bunun kimi oxumalıdır. O, karyerdə daş ata-ata hüquq üzrə elmlər doktoru olub?”
Tarix: 23-01-2021, 14:51