ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardıma yenidən baxa bilər.KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib. O, ehtiyac yaranacağı təqdirdə administrasiyanın Azərbaycanın 907-ci düzəlişin tələblərindən azad edilməsini dayandırmağa hazır olduğunu vurğulayıb.
Blinken, həmçinin Ermənistana təhlükəsizliyin dəstəklənməsi və humanitar böhranın öhdəsindən gəlinməsi üçün maliyyə yardımı göstərilməsini dəstəklədiyini bildirib.
O, ABŞ-ın Qarabağ məsələsinin “yekun həlli” niyyətində olduğunu da açıqlayıb.
Qeyd edək ki, Bayden administrasiyasının Azərbaycana münasibətdə ədalətli olmayacağı haqda bir müddət əvvəldən ehtimallar səsləndirilirdi.
Tarix: 22-01-2021, 15:57