Rəhbərliyə iddia edən müxalifət hakimiyyəti bir ay saxlaya bilməz-Tahir Kərimli


“Vəhdət Partiyası Prezidentin strateji daxili və xarici siyasətini dəstəkləyir. Mənim “İqtidar” və “müxalifət” sözündən xoşum gəlmir. Kimin harada olmasından asılı olmayaraq yaxşıya yaxşı deyirəm, pisə də pis. Milli Məclisdə “qazpulu”ndan, “uşaqpulu”ndan ən çox danışan mənəm, kəskin çıxışlar edirəm. Baş Nazirin və nazirlərin yaxasından yapışıram ki, cavab versinlər. Bəzi deputatlar da deyirlər ki, “əşşi, pulu haradan tapsınlar?!” Baş Nazir, nazirlər sorğularıma cavab vermirlər... Deputatlar da əleyhimə çıxış edirlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 
“Əsgər atasıyam, şəhid dayısıyam. Heç vaxt əqidəmi satıb rüşvət almamışam, almaram da. Haram da yemirəm. Taxta evdən başqa heç nəyim yoxdur. Nə deyirlər, desinlər, mənə dövlətim lazımdır. Rəhbərliyə iddia edən müxalifət hakimiyyəti bir ay saxlaya bilməz, dövlətçiliyimiz əldən gedər” – T.Kərimli qeyd edib.
Tarix: 20-01-2021, 08:59
Xəbəri paylaş



Xəbər lenti