Moldovanın Dnestryanı bölgəsində Rusiya Federasiyasının hərəkətləri bu sualın cavabının tapılmasına kömək edə bilər. Dnestryanı bölgədə:
Rusiya “Qosznakı” dövriyyəyə seprataçı bölgənin valyutasını buraxıb.
İldə bir neçə dəfə “rusiya sülhməramlıları” ilə seprataçı bölgənin silahlı qüvvələrinin birgə təlimləri keçirilir.
Təlimlər barədə Moldova hakimiyyətinə məlumat verilmir, təlimlərin qrafiki və keçirilməsi qaydası Rusiya Müdafiə Nazirliyinin Qərb qoşunları qrupunun ştabı tərəfindən müəyyən olunur.
Dnestyrayı bölgədə iqtisadiyyatın 60%-nə nəzarət Rusiya xüsusi xidməti ilə sıx bağlılığı şübhə doğurmayan “Şerif” holdinqin nəzarətindədir.
Separatçı bölgənin son parlament seçkilərində seçilmiş 33 deputatın 29-u birbaşa “Şerif”-lə bağlı insanlardır.
Separatçı bölgədə əhalinin əksəriyyəti Moldova vətəndaşı deyil (mümkündür ki, Rusiyanın səyi nəticəsində yaxın gələcəkdə Dağlıq Qarabağ əhalisinin əksəriyyəti Ermənistan, Rusiya, Fransa pasporunu daşıyanlar Dağlıq Qarabağda əksəriyyət təşkil etsinlər)
“Rusiya sülhməramlıları” artıq Dnestryanı bölgədə ailəliklə yaşayırlar, istefaya çıxandan sonra bölgədən getmirlər.
Moldova hakimiyyəti uzun illərdir ki, bölgədən “sülhməramlıların” çıxarılmasını tələb edir, lakin Rusiya məhəl qoymur.
Moldova Prezidentinin “sülhməramlılar”ın bölgədən çıxarılmasına dair son tələbini RF xarici işlər naziri “kifayət qədər məsuliyyətsiz” bəyanat adlandırıb. Azərbaycanın ərazisinə “Rusiya sülhməramlılarının” gəlişinə icazə verən hakimiyyət mənsubları təəssüf ki, bu acı təcrübəni nəzərə almayıblar.