Sovet dövründəki sərhəd xətti bərpa olunur



Nazim Bəydəmirli
Dünəndən mənə həm Gədəbəydən həm də ətraf rayonlardan zəng edirlər, yazırlar ki, guya Başkəndi Ermənistana qaytarırıq…Bu ərazinin tarixinə heç qayıtmasam da, bircə onu deyim ki, hökumətdə belə bir ideya olubsa, tez başından çıxartsınlar və təcili olaraq ictimaiyyətə məlumat verilsin….
Şınığı blokadaya salmaq, o torpaqlar uğrunda Şəhid olmuş Milli Qəhrəmanları, çoxsaylı gədəbəyli, şəmkirli, tovuzlu, qazaxlı, ermənistandan məcburi köçkün düşüb Başkənd uğrunda döyüşlərdə sağlamlıqlarından məhrum olmuş Qaziləri hara yazmaq niyyətiniz var?
Azərbaycan Milli Ordusunun ilk böyük qələbəsi məhz Başkənd döyüşündə olmuşdur, hansı erməni düşüncəli strateq belə bir cəfəng fikri ortaya atıb bizi narahat edir? Müdafiə Nazirliyi və XİN təcili bizə açıqlama versin!
Tarix: 14-01-2021, 21:13
Xəbəri paylaş



Xəbər lenti