İrəvanda Qarabağ iclası: “Müharibəni dayandırmaq təklif olunurdu və nazir də buna razı idi” - DETALLAR AÇILIR


İrəvanda Qarabağ iclası: “Müharibəni dayandırmaq təklif olunurdu və nazir də buna razı idi” - DETALLAR AÇILIR

"Rusiyanın 19 oktyabrdan bəri Qarabağda müharibənin dayandırılması barədə təklifi Ermənistan Təhlükəsizlik Şurasının müzakirəsinə verilməyib".
Cebhe.info xəbər verir ki, bunu Milli Təhlükəsizlik Bürosunun rəhbəri vəzifəsinin sabiq icraçısı Mikayıl Ambarsumyan deyib.
O bildirib ki, onun da sözügedən təklifdən xəbəri olmayıb. Rusiyanın təklifindən danışarkən, o, söhbətin əsasən "Lavrov planı"ndan getdiyini və Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsini xatırladıb: "Bu, Qarabağ əhalisinin təhlükəsizliyinin təminatı idi və biz də əlavə torpaqlar itirməzdik".
Ambarsumyan təklifin Təhlükəsizlik Şurasının müzakirəsinə niyə təqdim olunmaması səbəbini bilmədiyini qeyd edib. O, 18-19 oktyabrda TŞ-nın iclasının keçirildiyini qeyd edib və orada müxalifət təmsilçilərinin iştirak etdiyini bildirib:
"Baş Qərargah rəisi vəziyyətlə bizi tanış etdi. Bildirdi ki, məğlubiyyətə doğru gedirik. Hərbi əməliyyatları dayandırmaq da təklif olundu. Bu fikri Müdafiə naziri David Tonoyan da dəstəklədi. Çox gərgin müzakirələr getdi, ancaq hərbi əməliyyatların dayandırılması barədə qərar qəbul olunmadı. Mən bütün problemləri görürdüm, bura könüllülərin Qarabağa getməsi, orada yerləşdirilməsi kimi problemlər də daxil idi. Problemlər çox idi, onların həll olunmaması indiki vəziyyəti yaratdı”.
Tarix: 12-01-2021, 15:21
Xəbəri paylaş



Xəbər lenti