"Cənablar bu nə tələskənlikdir? " - Politoloq Müdafiə nazirliyinə etiraz etdi..


Cənablar bu nə tələskənlikdir? Türkiyə mətbuatı yazdı ki, Azərbaycanın ən azı 3 şəhərində hərbi baza qurulacaq, gün ərzində Azərbaycanın Müdafiə Nazirliyi dərhal təkzib açıqlamasıyla çıxış etdi: “Yayılan məlumatlar həqiqəti əks etdirmir.

Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.
Teref.az yazır ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.
Daha sonra Elxan Şahinoğlu, Rusiya hərbçilərinin noyabrın 10-dan bu yana Dağlıq Qarabağda etmədiyi təxribat qalmayıb, Azərbaycan Müdafiə Nazirliyindən reaksiya və ya açıqlama eşitmədik, indi çox aktual olan Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdiriləcəyi xəbərinin yayılmasından niyə bu qədər narahat oldunuz? Qarşımızda Rusiyanın erməni separatçılarına verdiyi dəstək var, bunun qarşısını yalnız Türkiyə ilə birgə ala bilərik. Qardaş və müttəfiq dövlətin hərbi bazaları məmləkətimizdə mütləq olacaq. Buna şübhəniz olmasın! Çünki bu Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması üçündür. Onu da umutmayın ki, Ankara Türkiyə mətbuatı vasitəsilə hərbi bazalarla bağlı nəbzimizi yoxlayır.
Neqativ.com
Tarix: 9-01-2021, 09:51
Xəbəri paylaş



Xəbər lenti