“Azərbaycanda hər bir vətəndaş özünə, gücünə, haqqını ala biləcəyinə inansa, ölkəmizi istədiyimiz şəklə sala bilərik. Uğursuzluğu, itkini düşünsək, bizdə heç nə alınmaz. Müxalifətçilik dönəmi bitib. Deyiləcək söz qalmayıb”. Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
A.Əlizadə bildirib ki, inadkarlıq, çalışqanlıq dönəmidir, özünə inam zamanıdır: “Dirənib haqqımız olanı alacağıq. Biz ən yaxşısına layiq xalqıq!”
Tarix: 8-01-2021, 22:13