“Putin Qarabağda sülh yaratdı, genişmiqyaslı müharibə olmayacaq” - Kreml


“Putin Qarabağda sülh yaratdı, genişmiqyaslı müharibə olmayacaq” - Kreml

“Böyük ölkələr dünyada sülh üçün məsuliyyət daşıyır. Putin Qarabağda məhz bunu etdi”.
Cebhe.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.
"Biz dünyanın müxtəlif bölgələrində vəziyyətin dəyişməsindən sığortalanmamışıq", - deyə o bildirib.
Peskov qeyd edib ki, dünyada nüvə pariteti mövcud olduğuna görə günişmiqyaslı müharibə istisnadır.
"Allaha şükür ki, nə qədər nüvə silahı var, müharibə mümkün deyil. Bu, dünyanı müharibədən qoruyur. Baxmayaraq ki, burnumuzun dibində qorxunc müharibələr gedir, onlar belə yaranır", - deyə Peskov barmaqlarını oynadıb.
Tarix: 6-01-2021, 15:41
Xəbəri paylaş



Xəbər lenti