“Bu ssenari Moskvada hazırlanır: “Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir” - RƏY


“Bu ssenari Moskvada hazırlanır: “Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir” - RƏY

“Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın dövlət sərhədini pozaraq Xankəndinə gəlməsi rəsmən Ermənistanın Azərbaycana qarşı separatizmə dəstək verməsidir”.
Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
“Xankəndində separatçıların "XİN" rəhbəri David Babayanla memarandum imzalaması, 10 noyabr üçtərəfli bəyannaməyə ziddir. Və bu səfərlərə "yaşıl işıq" yandıran əsas katalizator Rusiya tərəfidir. Əgər Ermənistan tərəfi yenidən Xankəndidə separataçılara dəstək verəcəksə, azərbaycanlıların bu ərazilərə köçməsi polemikadır. Göründüyü kimi, Azərbaycanın dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olan qonşu ölkənin naziri birbaşa Azərbaycan əleyhinə fəaliyyətə dəstək verir. İlk növbədə Azərbaycan Rusiya və Ermənistana Azərbaycan əleyhinə qarşı yönəlmiş belə bir səfərlərə qarşı kəskin bir mövqe tutacağını, Ermənistan bu siyasətini davam etdirəcəksə, bu ölkə ilə sülh müqaviləsi və əlaqələrin normallaşdırlamasına getməyəcəyini bəyan etməlidir. Burada Mehri dəhlizi istisna olmaldır. Çünki Mehri dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olacaq”,-deyə o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan rəsmi Moskvanın diqqətinə Ermənistan rəsmilərinin Qarabağa səfərinin qarşısını almasının vacibliyini çatdırmalıdır:
“Əgər qarşısını ala bilmirsə, bu, gələcəkdə yeni münaqişəyə gətirəcək və rəsmi Yerevanın Azərbycan ərazisində separatizmi dəstəkləməsi kimi qəbul ediləcək və dəhlizi bağlayacaq. Bu kimi səfərlərin qarşısı alınmasa, Baş nazir Nikol Paşinyan Xankəndinə gələrək növbəti dəfə avantürist açıqlamalar verə bilər. Bu, bir dövlət rəhbərinin digər ölkə ərazisinə qanunsuz keçib separatizmə dəstək verməsi deməkdir. Təbii ki, belə bir ssenari Moskvada hazırlanır və Rusiya Azərbaycanla Ermənistan arasında əlaqələrin normalaşdırılmasında maraqlı deyil. Dövlət başçısı İlham Əliyev Türkiyə ilə birgə belə planların qarşısını ala bilər. Laçın dəhlizi Azərbaycan ərazisidir və gələcəkdə Ermənistan ərazisindən bura silah-sursat və digər lojistik təminatlar keçirilərək, Azərbaycana qarşı təxribatlara gedilməsi mümkündür. Artıq Dağlıq Qarabağda separatçılar özlərini rahat hiss edir və onlara bu imkanı Rusiyanın buradakı sülhməramlı qüvvələri yaradır. Bu, çox təhlükəli prosesdir və ölkəmizə qarşı təzyiqlərin formalaşdırılmasına hesablanıb. Azərbaycan hakimiyyəti qətiyyətli şəkildə bu təxribatların qarşısını almalı, Xocavənd, Ağdərə ərazisində erməni silahlı terrorçularına qarşı əməliyyatları keçirməli, Ermənistan rəsmilərinin Xankəndiyə səfəri baş verərsə, Laçın dəhlizini bağlayacağını elan etməlidir”.
Tarix: 6-01-2021, 15:28
Xəbəri paylaş



Xəbər lenti