Qarabag geosiyasi savaşın mərkəzində: - Rus-türk çəkişməsi necə nəticələnəcək?
Son günlər dünyanın müxtəlif bölgələrində Rusiya və Türkiyə arasında geosiyasi rəqabətin artması müşahidə olunur.
Bu gərginlik özünü Suriyada, Liviyada, Dağlıq Qarabağda göstərir. Rusiyanın fəallaşması baş verən hərbi əməliyyatlar Türkiyəyə qarşı hərbi təzyiq hesab edilir. Hətta Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yaranmış vəziyyətlə bağlı Liviyada Rusiyanın dəstəklədiyi qiyamçıların başçısı Xəlifə Həftərə xəbərdarlıq edib. “Qatil Həftər və tərəfdarları bilməlidirlər ki, Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, qanuni haqqımızdan istifadə etməklə hər yerdə hədəfə alınacaqlar”.
Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı belə deyib. Dekabrın 27-də isə erməni terror dəstələri Dağlıq Qarabağda Azərbaycan ordusunun mövqelərinə növbəti silahlı hücum edib. Nəticədə Azərbaycan silahlı qüvvələrinin çavuşu şəhid olub. Lakin bölgədəki Rusiya sülhməramlı qüvvələrinin belə halların qarşısını almaması, atəşkəsin tez-tez pozulması Kremlin öz missiyasına uyğun fəaliyyət göstərmədiyini təsdiq edir.
Politoloq Natiq Miri hesab edir ki, Rusiya terrorçularının fəallaşmasına rəvac verməklə həm Türkiyəyə, həm də Azərbaycana təzyiq etmək istəyir. Moskvanın başlıca məqsədi Türkiyəni bu regionlardan sıxışdırmaqdır.
“Rusiya-Türkiyə münasibətləri strateji tərəfdaşlıq münasibətləri daşımır. Bu əməkdaşlığın bünövrəsində əslində, rəqabət dayanır. Ona görə də Türkiyə-Rusiya münasibətləri həmişə pərdəarxası rəqabətlə müşahidə olunub. Bu, Suriyada da, Liviyada da, Dağlıq Qarabağda da belədir. Türkiyə Suriyanın şimalında üç böyük hərbi əməliyyat keçirəndən Rusiya rəsmi Ankaranın varlığını və gücünü qəbul etməyə başladı. Türkiyənin İdlibdə keçirdiyi hərbi əməliyyatda Bəşər Əsəd rejiminin 3 mindən artıq əsgərini məhv etməsi, eyni zamanda Rusiyanın ən müasir havadan müdafiə sistemlərini darmadağın edilməsini Kreml qəbul etmək məcburiyyətində qaldı və atəşkəsə razılıq verdi. Yəni Rusiya bu dildən anladığı üçün Türkiyə zaman-zaman hərbi addımlar atmalı olur. Eyni prosesi Liviyada da gördük. Rusiya Liviyada yenidən özünün mövqelərini bərpa etmək üçün Həftərin üsyançı qüvvələrinə ciddi dəstək verdi.
Bu siyasət hazırda da davam edir. Türkiyə öz geosiyasi maraqlarını müdafiə etmək üçün qarşı tərəfə ciddi zərbələr vurmaq məcburiyyətində qaldı. Bu əməliyyat BMT-nin tanıdığı Liviya Milli Razılıq Hökuməti tərəfindən həyata keçirilsə də Türkiyə hərbçilərinin hərbi dəstəyi ilə mümkün oldu. Türkiyə özünün müasir silahları ilə Rusiyanın hərbi maşınını növbəti dəfə əzdi. Biz bu prosesi üçüncü dəfə Azərbaycan öz ərazilərini işğaldan azad edərkən gördük. Qarabağda istifadə olunan silahların 99 faizi Rusiya istehsalı idi. Ermənistan güclü hava hücumundan müdafiə sistemlərinə malik olsa da Türkiyədən alınmış uçan pilotsuz təyyarələr Rusiyanın hərb maşınını Qarabağda da məğlub etdi. Bu proses hazırda davam edir. Azərbaycan ictimaiyyətini narazı salan hadisələr baş verir. Lakin bu yalnız Azərbaycvana təzyiq deyil. Yəni Qarabağda baş verənlər Liviyada, Suriyadakı hadisələrin davamıdır. Qarabağdakı məğlubiyyətdən dərhal sonra Suriyanın şimalında YPG terrorçuları aktivləşdirildi. Hər gün baş verən toqquşmalarda onlarla PKK terrorçusu məhv edilir. Onların arxasında dayanan geosiyasi oyunçulardan biri də Rusiyadır. Suriyada ciddi nəticə əldə edə bilməyən Rusiya artıq bu prosesi Suriyada başladıb. Son günlər üsyançı Həftər Türkiyə ordusunu yenidən hədələməyə başlayıb. Onun cavabını Türkiyənin müdafiə naziri layiqincə verdi. Hulusi Akar bəyan etdi ki, türk ordusuna qarşı atılacaq istənilən bir addım bizim legitim hədəfimizə çevriləcək.
Onların Liviyada qaça biləcək yeri qalmayacaq. Mənə elə gəlir ki, bu yalnız Xəlifə Həftərə deyil, həm də onu dəstəkləyən ölkələrə, o cümlədən Rusiyaya verilmiş mesajdır. Həmin prosesi həm də Dağlıq Qarabağda görmək mümkündür. Dekabrın 27-də Tuğ kəndində Azərbaycan ordusunun çavuşunun şəhid olması və ondan əvvəl Hadrutun Yuxarı Tağlar və Çaylaqqala kəndlərində baş verən hadisələr buna əyani sübutdur. Həmin hadisələr nəticəsində 170-ə qədər erməni yaraqlısı əsir götürüldü. Maraqlıdır ki, həmin əsirlər bölgədə uzun müddətə qədər qaldıqlarını demədilər. Onlar əsir düşməzdən üç gün öncə Dağlıq Qarabağa Laçın dəhlizi vasitəsilə gəldiklərini dedilər. Onları Qarabağ torpaqlarına kim buraxıb? Əlbəttə ki, bunu Rusiya sülhməramlıları edib.
Artıq növbəti hərbi təxribat Tuğda baş verdi. Əsir götürülən insanların geyimi, təraş olunmuş vəziyyətdə olması göstərir ki, onlar cəbhə xəttində uzun müddət qalmayıblar. Bütün bunlar prosesin Rusiya tərəfindən başladılıb idarə olunduğuna dəlalət edir. Rusiya Suriyada, Liviyada güddüyü geosiyasi niyyətləri Qarabağda da həyata keçirir. Məqsəd Qarabağda uzunmüddətli qalmaq və bu bölgənin Rusiyaya məxsus olduğuna dair Azərbaycana və Türkiyəyə mesaj verməkdir. İkinci məqam təqyiq yolu ilə Azərbaycanı və Türkiyəni Rusiyanın geosiyasi maraqlarına razı salmaqdan ibarətdir. Yəni Suriyada, Liviyada olduğu kimi Qarabağda da eyni proseslər baş verir.
Bu, yalnız Rusiya ilə bağlı deyil. Ukraynanın Türkiyə ilə yaxınlaşması, Ankaranın Krım probleminə münasibətdə Kiyevi dəstəkləməsi təsadüfi deyil. Gələcəkdə Krımla bağlı məqamların Türkiyənin maraqları çərçivəsində həll olunması Rusiya strateqlərini ciddi narahat edir. Nəhayət, Rusiya siyasətçiləri Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən dəhlizlə bağlı narahatlığımı ortaya qoyub. Bu dəhlizin yaranması Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada güclənməsinə gətirib çıxara bilər ki, Rusiya da bunu istəmir. Ona görə də Qarabağda baş verən proseslərə qiymət verərəkən Suriyada, Liviyada baş verənlər nəzərə alınmalıdır. Çünki Qarabağda atılan hər hansı bir addım ya Suriyada, ya Liviyada, ya da Ukraynada partlamağa başlayır. Qeyd edilənlər Rusiya ilə Türkiyə arasında ciddi rəqabətin olmasından xəbər verir. Türkiyə və Rusiya mehriban düşmən kimi davranır. Ancaq iki dövlət arasındakı münasibətlərin formalaşmasında, problemlərin həllində hər iki ölkənin prezidenti arasındakı etimad mühüm rol oynayır”.
Ekspert bildirdi ki, Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatlarına başlamalıdır. Bu, həm artmaqda olan təhlükənin qarşısını almaq, həm də diplomatik müstəvidə münaqişəni Azərbaycanın xeyrinə həll etmək üçün mühüm amildir:
“Silahlı təxribatların başa çatması və diplomatik masada Azərbaycanın əlinin güclü olması üçün hərbi təzyiq güclü olmalıdır. Sentyabrın 27-də olduğu kimi yenə də prosesi Azərbaycan başlamalıdır. Rusiyanın göstərişi ilə Azərbaycan torpaqlarında erməni yaraqlıları hərbi təxribat törədir. Biz şəhid və yaralı veririk. Yalnız bundan sonra hərbi əməliyyatlar keçirilir. Prosesin arxasınca getmək lazım deyil. Azərbaycan özü prosesi yaratmalıdır. Diktə edən tərəfin Azərbaycan olması şəratini yenidən yaratmaq lazımdır. Erməni terrorçularını iti qovan kimi qovmaq, tutmaq, məhv etmək lazımdır.
Bunun üçün də hüquqi zəmin mövcuddur. Belə olarsa, Rusiya Azərbaycanla bərabər tərəfdaş kimi davranacaq. Əks təqdirdə, Rusiya prosesi yaradan tərəf olacaq. Belə olarsa, biz Xankəndini, Ağdərəni, Xocavəndi, Xocalını xəyallarda görəcəyik. Ona görə də şəraiti dəyişməliyik. Artıq Türkiyə ordusu da Azərbaycandadır. Azərbaycanın fəallaşması Türkiyəyə aktivləşməyə və Rusiyaya təzyiq yaratmağa imkan verəcək. Azərbaycan xalqı qalibdir və özünü qalib kimi hiss etmək istəyir”.
Tarix: 29-12-2020, 09:14
-
Bu gün, 21:35
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
-
Bu gün, 17:27
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
-
Bu gün, 17:27
Rüşvətxor hakim tutuldu, bəs, dələduz Pənahı azad edən hakim Elnur Nuriyev necə olsun?
-
Bu gün, 17:26
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
-
Bu gün, 17:08
Sponsor axtarışında olan Federasiya prezidentinin biznes imperiyası - SƏNƏDLƏR
-
Bu gün, 09:43
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
-
Dünən, 12:15
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - Bərdə sakinindən rəsmi qurumlara müraciət / VİDEO
-
Dünən, 11:38
İki xəstədən biri ölür - Hindistanda daha bir qorxulu infeksiya YAYILDI
-
31-01-2025, 22:43
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar
-
31-01-2025, 22:42
Azərbaycanda müavinsiz işləyən icra başçıları - SİYAHI
-
31-01-2025, 22:42
Yemək üçün yaşamağa məcbur edilən əhali: Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur
-
31-01-2025, 22:40
"AYNA"-nın rəhbərliyinin tapşırığı ilə "Port Baku"da gizli görüş
-
31-01-2025, 17:41
Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
-
31-01-2025, 09:31
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
-
31-01-2025, 09:29
AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
-
31-01-2025, 09:21
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
-
30-01-2025, 12:34
Cənab Prezident, gəlin, Abşeronda bu yolu görün – Foto
-
29-01-2025, 22:17
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
-
28-01-2025, 08:45
Milyonçu məmurun topdağıtmaz sərvəti: Cəlair Səmədov sərvəti ilə rekord qırır
-
28-01-2025, 08:45
Saleh Məmmədov işçilərin haqqın belə YEYİR- Öz həyatını milyonlarla süslüyən sədrin MAAŞ OYUNU
-
26-01-2025, 21:40
Bakıda Oleq Bakinskinin adı qarışan işdə SENSASİON DETAL açıqlandı
-
25-01-2025, 18:22
Rəfail Becanov: "“Tiktok” sosial platformaların içində..."
-
25-01-2025, 17:22
Üzgüçülük hovuzu işləməsə də, işçilərə 55 min manat maaş verilib – AUDİT
-
24-01-2025, 18:03
Bələdiyyə seçkilərində Hacı Əliyev nəvəsinin,Təzəxan Məmmədov isə qızının namizədliyini irəli sürüb Ailə bələdiyyəsi - ŞOK FAKTLAR
-
24-01-2025, 14:22
Tibbi avadanlıqların satışı ilə məşğul olan şirkət cəzalandırıldı
-
24-01-2025, 14:14
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM ...
-
24-01-2025, 14:12
İşçisi “Avrora” MMC-ni məhkəməyə verdi
-
24-01-2025, 14:11
Klinika rəhbəri və baş həkim nazirliyin əməkdaşlarını işdən çıxartdırmaqla hədələyib – Rəsmi
-
24-01-2025, 14:01
Yeniyetmə oğurluğa görə OBA marketdə girov saxlanılıb?
-
23-01-2025, 22:05
Günəbaxan yağında qızardılmamalı qidalar