MAKRONUN GƏDƏSİ, HƏFTARIN HƏDƏSİ... – “Turk quvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar...”



Xarici KİV-in yazdığına görə, Liviyanın qiyamçı marşalı, xəyanətkar Xəlifə Həftar dekabrın 24-də əgər Ankara müharibə bürümüş Liviyanın daxili işlərinə qarışmağı dayndırmasa, Türkiyə ordusuna qarşı güc tətbiq edəcəyi ilə hədələyib. Həftarın bu şərhi Türkiyə parlamentinin Liviyada türk ordusunun qalmasına dair qanunun qüvvəsinin daha 18 ay uzadılması barədə qərar qəbul etməsindən sonraya təsadüf edir («Frans-ress»).
Tripolidə yerləşmiş Liviya Milli Razılıq hökumətinə (MRH) Türkiyənin hərbi köməyi, Suriyadan döyüşçülərin buraya tullanması, Türkiyə hərbi məsləhətçilərin və silahların Tripoliyə göndərilməsi də daxil, MRH-i kəşfiyyat materialları ilə təmin etməsi Xəlifə Həftarın il ərzində həyata keçirdiyi hücumların dayandırılmasına kömək edib.
Makronun bundan «qəzəblənmiş» Həftar gədəsi Türkiyə əleyhinə kəskin bəyanatla çıxış edib: «Nə qədər ki, Türkiyə hərbçilərinin çəkmələri bizim təmiz torpaqlarımızı murdarlayır, nə təhlükəsizlik, nə də sülh olacaq… Öz əllərimizlə və öz azad iradəmizlə sühə nail olmaq üçün silahlı olacağıq».
Artıq xəbər verildiyi kimi, BMT-nin vasitəçiliyi ilə oktyabrda Liviyada atəşkəsə nail olunmasına baxmayaraq, Türkiyə BMM məlum qərarı dekabrın 22-də qəbul edib. Bunun da yetərli səbəbi var - qiyamçı Həftar Liviya MRH-nin şərtlərini qəbul etməyib.
Maraqlıdır ki, yüz ildir Afrikanı (o cümlədən, Liviyanı) müstəmləkəyə çevirib, sərvətlərini talan edən Fransanın qarşısında müticəsinə quyruq bulayan Həftar kimi bir qiyamı-terrorçu Türkiyəni «müstəmləkəçi düşmən» adlandırır. Halbuki Türkiyə ordusu Liviyaya legitim yerli hökumətin (dünya birliyi tərəfindən tanınmış Milli Razılıq Hökuməti) dəvəti ilə gəlib.
«Müstəmləkəçi düşmənin iki variantı var: ya dinc yolla çıxıb getmək, ya da güclə qovulmaq» - deyə, Fransanın marioneti fikrini belə tamamlayıb.

Baxın, bir neçə il bundan əvvəl Liviyanın qanuni prezidenti Müəmmər Qəddafini Fransanın prezidenti Sarkozi Suriya prezidenti Bəşər Əsədin köməkliyi ilə aradan götürdü və ardınca Liviyanın Fransa banklarında yerləşdirilmiş pullarını (bəzi məlumatlara görə, 130 milyard dollar) mənimsədi. İndi isə Fransa prezidenti Makron liviyalı gədə Həftarı silahlandırıb, ölkənin qanuni hökumətinə qarşı qaldırır. Tarixi təcrübədən çıxış edərək, düşünmək olar ki, Makron da məqsədinə çatandan sonra, Həftarı aradan götürəcək. Bu məsələdə isə Makrona digər ərəb dövlətinin başçısı, Misir prezidenti əs-Sisi yardımçı olacaq. Nədən ki, Misirin də Liviyada öz maraqları var.

Hər necədirsə, Makronun tulası rolunda çıxış edən Həftarın bu «hədə»si qardaş Türkiyənin nəzərindən kənarda qala bilməzdi. Odur ki, Türkiyənin milli müdafiə naziri Hülusi Akar əlüstü bəyanatla çıxış edərək, Həftara öz yerini göstərdi: «Qatil Haftar və tərəfdarları bilməlidirlər ki, Turk quvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, qanuni haqqımızdan istifadə etməklə hər yerdə hədəfə alınacaqlar».AzPolitika.info

Tarix: 28-12-2020, 08:48
Xəbəri paylaş



Xəbər lenti