Bakı Türkiyə ilə İsraili barışdırır - GƏLİŞMƏ
Üç ildən çoxdur ki, gərginləşən Türkiyə-İsrail münasibətləri düzələ bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə məsləhətçisi Məsut Kasin son açıqlamaları bunu düşünməyə əsas verir. O deyib ki, 2017-ci ildə korlanmış münasibətlər bu ilin martında bərpa edilə bilər. Hətta cümhurbaşqanının köməkçisi ölkələrarası səfirlərin geri qaytarıla biləcəyinin mümkünlüyündən də söz açıb.
Türkiyə-İsrail arasında bu cür mühüm gəlişmələrin yaşanması Azərbaycan faktorunu da önə çıxarıb. Bu da əsassız deyil. Çünki hər iki ölkə 44 günlük II Qarabağ savaşında Azərbaycanın yanında oldular, verdikləri dəstəklə düşmənlərin və onların havadarlarının yuxularına haram qatdılar.
Rəsmi Bakının hər iki müttəfiqini bir-birinə yaxınlaşdırdığı yönündə fikirlər səslənməyə başlayıb. Hətta Azərbaycanda bir çox analitiklər hesab edir ki, Azərbaycan-Türkiyə-İsrail arasında üçtərəfli əməkdaşlıq da masadadır. Bunun həm də hərbi əməkdaşlığı nəzərdə tutduğu da qeyd olunur.
Azərbaycan Ankara ilə Təl-Əviv arasında körpü rolunu oynaya biləcəyi qeyd olunur. Rəsmi Bakının hər iki ölkəni bir araya gətirdiyindən də söz açılır.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirdi ki, iki ölkə arasında münasibətlərin normallaşması Azərbaycanın maraqlarına tam cavab verir: “Türkiyə və İsrail arasında münaqişənin baş verdiyi ilk günlərdən Azərbaycan bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasına çalışıb. Çünki Türkiyə və İsrail arasında münasibətlər korlanan zaman Azərbaycanla İsrail arasında münasibətlər artan xətt üzrə inkişaf edirdi. Bu baxımdan təbii ki, rəsmi Bakıya sərf etməzdi ki, ona qardaş olan ölkə ilə İsrailin münasibətləri gərginləşsin. Belə vəziyyətdə Azərbaycan pis vəziyyətə düşürdü. Ona görə Azərbaycan tərəfi, ölkə Prezidenti əlindən gələni edirdi. Mən bunu hiss edir, görürdüm. Son olaraq, II Qarabağ savaşında Azərbaycanın Türkiyə və İsraillə hərbi, siyasi əməkdaşlıq etməsi, beynəlxalq aləmdə hər iki ölkədən dəstək görməsi ona da gətirib çıxardı ki, Türkiyə İsraillə münasibətlərin normallaşmasına ehtiyacın olduğunu hiss etdi.
Çünki bu gün Türkiyə həm də dünya miqyasında təklənən dövlətlərdən birinə çevrilib. Qardaş ölkənin artan gücündən narahat olan ölkələr var. Rəsmi Ankara təbii olaraq, onunla gərgin münasibətləri olan, ona düşmən münasibət göstərən ölkələrin sayını azaltmaq istəyir. Türkiyə ilə İsrailin münasibətlərinin yaxşı olması, yəhudi lobbisinin qardaş ölkəyə dəstək verməsi Türkiyə üçün göydən düşmə olardı. Türkiyə bu nüansları da nəzərə aldı. Hesab edirəm ki, qısa müddətdə rəsmi Ankara ilə Təl-Əviv arasında münasibətlər normallaşa bilər. İstənilən halda Türkiyə və İsrail tərəfi münasibətlərin normallaşmasına hazırdır və düşünürəm ki, bu tez bir zamanda baş tutacaq”.
Deputat Azərbaycanla İsrail arasında güclü bağlantıların olduğunu da xüsusi vurğuladı: “Türkiyə ilə İsrail arasında gərginliklər bitməyəndə təbii ki, Azərbaycan İsraillə istədiyi səviyyədə əməkdaşlıq etməkdən çəkinir. Yaxud da tam olaraq, bunu həyata keçirə bilmir. Elə məsələlər olur ki, İsrailin də Azərbaycan tərəfindən gözləntisi olur. Eyni zamanda rəsmi Bakı beynəlxalq səviyyədə İsraili dəstəkləyəndə Türkiyə faktoru ilə üzləşməməsi də gərəkir. Fələstin və digər məsələlərlə bağlı İsrailin üzərinə beynəlxalq səviyyədə təzyiqlər olur. Bu zaman Azərbaycan bu ölkəyə dəstək verirdi. Amma Türkiyə dəstək vermirdi. Belə olan vəziyyətdə rəsmi Bakı beynəlxalq təşkilatlar səviyyəsində pis vəziyyətə düşürdü. Eyni zamanda Azərbaycanın İsraillə hərbi, siyasi əməkdaşlıq qurması Türkiyə tərəfdə ciddi suallar doğura bilərdi. Amma indi iki ölkə arasında yaxın əlaqələr qurulanda Azərbaycanın beynəlxalq səviyyədə əl-qolu açılmış olur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Türkiyə bir neçə il öncə İsraillə münasibətlərdə gərginlik yaşadı, bu həm Fələstin məsələsinə görə oldu, həm də, xatırlayırsınızsa, Türkiyə gəmisinə hücum olmuşdu. Bundan sonra münasibətlər xeyli gərgin qaldı, səfirlər geri çağırıldı, bir-birinə qarşı ittihamlar səsləndi. Bu iki ölkə arasında münasibətlərin gərgin qalması maraqlarının əleyhinədir. Ona görə də qardaş ölkənin müvafiq strukturları son vaxtlar İsraillə əlaqələr qurublar. Bu da çox doğru addımdır. Çünki İsrail kiçik dövlət olsa da, böyük imkanlara malikdir, güclü lobbiləri var. Bundan Türkiyə əleyhinə istifadə edəndə qardaş ölkə üçün müəyyən problemlər yaranır. Qardaş ölkənin İsraillə gərginliyinin artmasına da heç bir ehtiyac yoxdur. Həm də onu nəzərə almaq lazımdır ki, Türkiyənin müdafiə etdiyi ərəb dünyasının özü İsraillə çox sıx əlaqələrə çalışır. Son aylarda bir neçə ərəb ölkəsi İsraillə çox sıx əlaqələr qurub. Belə olan halda rəsmi Ankaranın İsraillə gərginliyi saxlamasının heç bir əhəmiyyəti qalmır. Üstəlik də bu iki ölkə arasında iqtisadi əlaqələr hər zaman inkişaf edib. Baxmayaraq ki, siyasi əlaqələrdə son zamanlar suallar olub. Ona görə də dialoqun başlanması müsbətdir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir, İsrail də rəsmi Bakı ilə sıx tərəfdaşdır. Biz İsraildən müasir silahlar alırıq. Amma deyə bilmərəm ki, bütün bunlar üçtərəfli əməkdaşlıqla nəticələnə bilər. Bu bir az gələcəyin işidir. Hələ Türkiyənin özü İsraillə diplomatik əlaqələri, dialoqu genişləndirməlidir. Ondan sonra üçtərəfli əlaqələrdən danışmaq olar. Amma hesab edirəm ki, Azərbaycanın bu məsələlərdə rolu ola bilər. Təşəbbüskar kimi çıxış etməsi mümkündür. Çünki İsraillə çox yaxın münasibətlərimiz var. Bundan istifadə edib dialoqda mühüm rol oynaya bilərik. Təklif edə bilərik ki, dialoqu genişləndirsinlər. Çünki İsrail də görür ki, Azərbaycan Türkiyənin strateji müttəfiqidir və rəsmi Ankara ilə münasibətlər gərgin olanda bu bölgədə də müəyyən sualların yaranmasına səbəb ola bilər. Ona görə dialoq faydalıdır. Amma üçtərəfli əməkdaşlığın, formatın yaradılması yaxın gələcəyin mövzusudur”.
“Yeni Müsavat”
Tarix: 24-12-2020, 08:58
-
Bu gün, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Bu gün, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Bu gün, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Bu gün, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Bu gün, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Bu gün, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Bu gün, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Bu gün, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO