“Hakimiyyəti dəstəkləyən 40-a yaxın partiyanın fəaliyyət prinsipi də dəyişməlidir”




“Qarabağdakı hərbi qələbələrdən sonra ictimai müzakirələrin aktiv mövzularından biri də siyasi sistemdə islahatlardır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.
 
Ekspert vurğulayıb ki, yəqin, islahat təklif edənlər tək hakimiyyətin idarəçilik, qərarvermə, təşkil üsulları dəyişməsini nəzərdə tutmur, müxalifətin də gələcəyilə də bağlı nələrsə irəli sürməyə hazırdılar: “Məsələn, birini deyim. Hakimiyyəti dəstəkləyən 40-a yaxın partiyanın fəaliyyət prinsipi də dəyişməlidir. Əgər onların hakimiyyətə gəlmək hədəfləri yoxdursa, ən azından Türkiyədə kimi "böyük və kiçik ortaq" modelinə keçək. Rəsmi şəkildə cəmiyyətə əyan olsun ki, 1 böyük ortaq və çoxlu sayda kiçik ortaqları var”.
Tarix: 21-12-2020, 09:29
Xəbəri paylaş



Xəbər lenti