“Başa düşə bilmirəm ki, bu xəritəyə niyə önəm verirsiniz?” - Tofiq Zülfüqarov



"İstədiyimiz iki məntəqə bir müddətdən sonra bizim nəzarətimiz altına keçəcək. Hər halda mənim buna şübhəm yoxdur. Gəlin bir az gözləyək".
 

Bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə edilən dəyişiklikdən danışarkən deyib. Politoloqun fikrincə, əsas xəritə deyil, nəticədir:
 
 "Bu məsələni mən də izlədim. Amma indiyə kimi başa düşə bilmirəm ki, bu xəritəyə niyə önəm verirsiniz? Ümumiyyətlə, hansısa təmas xəttinin yaranması Azərbaycanın xeyrinə deyil. Çünki biz elə bil əraziləri iki yerə bölürük. Siyasi baxımdan bizə daha sərfəli olan digər bir mövqedir. Yəni, bu ərazilərdə Azərbaycan ordusu nəzarət edir, o biri ərazilərdə isə müvvəqqəti olaraq sülhməramlılar və müşahidəçilər nəzarət edir. Heç də təzə bir sərhədin, sərhəddə bənzər vəziyyətin yaranmasının tərafdarı deyiləm. Mən də baxdım bu xəritəyə. Xəritənin müxtəlif vaxtlarda müxtəlif konfiqurasiyası var. Məsələn, Kəlbəcər azad olunmayınca orada sülhməramlıların əməliyyat zonası kimi qələmə verildi. İndi isə biz gördük ki, onun konfiqurasiyası dəyişdi".
 
Tofiq Zülfüqarov qeyd edib ki, bu, müvəqqəti, operativ xəritədir:
 
"İndiki mərhələdə orada hansısa fəaliyyət göstərilir. Əsas məqam indiki vəziyyətdə yox, onun nəticəsində nə alınacaq? Hesab edirəm ki, orada atəşin, toqquşmanın qarşısını almaq üçün fəaliyyət göstərilir".
 
Qeyd edək ki, Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə dəyişiklik edilib.
 
Təqdim edilən son xəritədə rusiyalı sülhməramlıların Köhnə Tağlar və Çaylaqqala kəndlərindən çəkildikləri və ərazinin Azərbaycan Ordusunda olduğu görsənir.qaynarinfo
Tarix: 15-12-2020, 14:17
Xəbəri paylaş



Xəbər lenti