Minsk Qrupunun iki həmsədri İrəvanda - Qarabağın baş terrorçusu ilə də görüş olacaq


Qarabağ müharibəsindən sonra ilk dəfə regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şeffer (ABŞ) və Stefan Viskonti (Fransa) bazar günü İrəvana gediblər.
Musavat.com bununla bağlı erməni meğdiasına istinadən xəbər verir. Məlumata görə, sabah onlar Ermənistan rəhbərliyi ilə görüş keçirəcəklər.
Şənbə günü Azərbaycanda səfərdə olan, ölkə prezidenti və xarici işlər naziri ilə görüşən həmsədrlərdən biri – rusiyalı diplomat İqor Popov bu dəfə Ermənistana getməyib. Bunun səbəbi barədə hər hansı açıqlama verilmir. Ermənistan mətbuatı vasitəçilərin konkret olaraq kimlərlə görüşəcəyi barədə məlumat yaymayıb. Ancaq diplomatik mənbəyə istinadən bildirilib ki, Minsk Qrupunun həmsədrləri Xankəndinə getməsələr də, İrəvanda Qarabağ terrorçularının başçısı Araik Arutyunyanla danışıqlar planlaşdırılır.
Bu arada Ermənistan mediası Azərbaycan Prezidentinin həmsədrləri Bakıya dəvət etmədiyi barədə fikirlərini və Minsk Qrupunun 28 illik fəaliyyətsizliyini kəskin tənqid etməsini də geniş şəkildə tirajlayıblar.
Tarix: 13-12-2020, 23:08
Xəbəri paylaş



Xəbər lenti