Hüquqşünas - Rusiya bu sanksiya ilə faktiki olaraq etiraf etdi ki,..

 

“Rusiyanın Azərbaycana qarşı "pomidor, alma" adlı iqtisadi sanksiyası, bəli məhz sanksiyası Rusiya Azərbaycan münasibətinin görünən tərəfidir. 
Bakıda "Zəfər paradı”nda düşməndən hərbi qənimət kimi götürdüyümüz hərbi texnikanın daha doğrusu, rus metalomunun nümayişi, özünü dünyaya güclü ordu kimi təqdim etməkdə davam edən və SSRİ-nin varisi kimi, keçmişindən bərk-bərk yapışan Rusiyanın real döyüş meydanında acınacaqlı məğlubiyyətinin sübutudur.” Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb. Hüquqşünas qeyd edib: “Azərbaycan kənd təsərrüfatı məhsulların Rusiya girişinə qadağa tətbiq edən “Rosselxoznadzor” adlanan federal icra hakimiyyəti orqanı funksiyasını yerinə yetirən inzibati orqandır. Hüquqi baxımdan “Rosselxoznadzor”un fəaliyyət dairəsinə ölkəyə daxil olan qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarətdir. Ancaq bu təşkilat Rusiya tərəfindən daha çox siyasi təşkilat kimi, daha doğrusu təsir və şantaj aləti kimi istifadə olunur. Artıq məlumdur ki, Rusiya “Rosselxoznadzor”u xarici dövlətlərə siyasi məqsədlərə istifadə edir və hətta bu təsirin mümkünlüyünü yaratmaq üçün Rusiya qabaqcadan xarici ölkələrin əsasən də postsovet respublikalarının ixrac sahələrini əhatə edən məhsulları Rusiya daxili bazarlarına cəlb etməklə həmin məhsulların yeganə bazarına çevirir. Rusiya əsasən bu üsullardan Baltik yanı dövlətlərin dəniz məhsullarına, Gürcüstanın şərab məhsullarına, Belarusiyanın kənd təsərrüfatı məhsullarına və texnikalarına, Ukrayna qida sənayesi məhsullarına və sair ölkələrə qarşı siyasi nəticəyə hesablanmış məqsədə istifadə etmişdir. Yadımıza salaq ki, 2015-ci ildə Türkiyə Suriyada Rusiyaya məxsus SU-24 bombardmançı təyyarəni vurandan sonra, həmin “Rosselxoznadzor” Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoymuşdu və bu proseslər Rusiya –Türkiyə arasında “pomidor müharibəsi” kimi gündəmi zəbt etmişdi. Həmin vaxt Rusiya Türkiyəyə qarşı digər sanksiyalar və eləcədə “turist” sanksiyası da tətbiq etmişdi. Qeyd edim ki, Rusiyada digər istehsal məhsulları üzrə “Rosselxoznadzor” tipli fəaliyyət göstərən təşkilatlar vardır hansı ki, eyni zamanda da siyasi məqsədlərə istifadə edilir. Rusiya öz ampluasında davam etməkdədir, Azərbaycan Ermənistan simasında rus hərbi maşınını üstələdikdən sonra və Zəfər paradı keçirəcəyin gündən öncəsi bu sanksiyanı tətbiq etməklə Azərbaycanın Vətən müharibəsində apardığı ədalətli müharibəsində Rusiyanın əsl məqsədini göstərmiş oldu. Sözsüz ki, Azərbaycanın 10 milyondan çox əhalisi var və həmin məhsulların daxili bazarda rahatlıqla realizə olunacağı da şübhəsizdir. Ancaq düşmən öz xiclətini büruzə verdi. Sözsüz ki, Rusiyanın belə təzyiqlərinin əsas hədəfi var, məqsəd Azərbaycanı öz məlum orbitinə çəkmək və öz siyasi maraqlarını təmin etməkdir. Bəli, Rusiya - Ermənistan birliyi Azərbaycan - Türkiyə qardaşlığına məğlub oldu. Vətən müharibəsində Azərbaycan Ordusunun faktiki rus hərbi sistemini, maşınını və silahını məğlub etdi. Həm Paşinyan həm də Putin dəfələrlə etiraf etdilər ki, Rusiya Ermənistana bütün öhdəlikləri üzrə tam şəkildə kömək edib, eləcədə bunu hər iki dövlətin hərbi rəhbərliyi də təsdiq etdilər fəqət, Azərbaycan zəfər qazandı və bu gün də yəni 10 dekabrda da Zəfər paradı keçirir. Sözsüz ki, Parad öncəsi Rusiyanın Azərbaycana qarşı “pomidor, alma” sanksiya tətbiqi Azərbaycanın şanlı qələbəsinə qısqanclığı ilə yanaşı rus hərb maşının iflasının etirafıdır. Bu ilin iyul ayında Moskvada ikinci dünya müharibəsində SSRİ-nin qazandığı qələbənin 75 iliyinə həsr edilmiş və pandemiyaya görə gecikmiş paradda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmədi. Yeri gəlmişkən qeyd edim ki, bu il Rusiyada Konstitusiyaya edilmiş dəyişiliklərlə Rusiya ikinci dünya müharibəsində SSRİ-nin faşizm üzərində qazandığı qələbəni rəsmən "özəlləşdirdi". Sözsüz ki, Putin bizim Zəfər paradına gələ bilməzdi, axı o, özünün öyündüyü texnikanın yararsızlığına necə baxa bilərdi... Bu, sözün əsl mənasında Rusiyanın hərb gücünün, hərb sənayesinin və güc dili ilə danışan xarici siyasətinin sonuna tutarlı işarədir. Bütün çıxışlarımda, yazılarımda, kitablarımda Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyə, suverenliyinə təhdid və təhlükə mənbəyi ilk növbədə məhz Rusiya olduğunu qeyd etmişəm. Və əminliklə deyə bilərəm ki, Rusiyanın Azərbaycana qarşı aqressiv siyasəti bundan sonra da dəyişən deyil. Azərbaycanın Rusiyadan distansiyası onun müstəqilliyinin suverenliyinin möhkəmlənməsi deməkdir. Rusiya öz yolunda bizdə öz yolumuzda davam edək - çıxış birdir. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Qazaxıstan, Macarıstan və çoxlu digər etibarlı dostlarımızla irəli Azərbaycan!”
Neqativ.com
Tarix: 10-12-2020, 19:29
Xəbəri paylaş



Xəbər lenti