“Bu İrəvan üçün çox ağır dərs oldu” - Forbes
“Bu payız Dağlıq Qarabağdakı münaqişə zamanı Azərbaycan Ermənistanın çox sayda hərbi texnikasını məhv etdi. Bu sarsıdıcı məğlubiyyət şübhəsiz ki, İrəvana müasir hərbi texnikanın sürətlə inkişaf etdiyi barədə çox ağır dərs oldu”.
Yenisabah.az xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalı yazıb. Nəşr qeyd edir ki, İsrail və xüsusilə də Türkiyənin Pilotsuz Uçan Aparatları (PUA) Azərbaycan üçün çox vacib idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ölkəsinin satın aldığı PUA-ların Ermənistanın 1 milyard dollar dəyərində hərbi texnikasını məhv etməsilə öyündü.
“Ermənistan bu yaxınlarda Rusiyadan hava üstünlüyü üçün hazırlanmış Su-30 döyüş təyyarələrini alıb. Bunlar Ermənistanın kiçik Hərbi Hava Qüvvələrində ən müasir təyyarələrdir. Amma döyüşlərdə bu təyyarələrdən istifadə edilməyib. Buraya Rusiyadan alınmış hava müdafiə sistemlərinin qənaətbəxş olmayan vəziyyətini də əlavə etmək lazımdır. Bu köhnə ixrac versiyaları asta hərəkət edən PUA-lar üçün deyil, qırıcı və bombardmançı təyyarələr üçün nəzərdə tutulub. Bu, Azərbaycanın cəbhə xəttində səmaya hakim olmasına və Ermənistanın quru hədəflərinə əhəmiyyətli təsir göstərəcək şəkildə hücum etməsinə imkan verdi”, - “Forbes” yazır.
Atlantik Şurasının baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Qarabağdakı sentyabr eskalasiyası göstərdi ki, Rusiyanın silah sistemi başqa dövrə aiddir. “Əgər siz İsrail və Türkiyənin müasir PUA-larına sahibsinizsə, o zaman görəcəksiniz ki, Rusiyanın istər S-300 zenit raket kompleksləri, istər T-72 tankları, hətta “reaktiv zireh”lər tamamilə başqa dövrə aiddir”, - deyə o bildirib.
Brayza qeyd edib ki, Ermənistan daha müasir silahlar almaq haqqında düşünməlidir.
"Ancaq Ermənistanın Azərbaycandakı kimi hücumları dəf etməsi lazım olan PUA-ları və ya hava hücumundan müdafiə sistemlərini haradan alacağı hələ bəlli deyil”, - deyə o əlavə edib.
Onun fikrincə, Azərbaycanın əsas silah tədarükçüsü və Azərbaycan neftinin əsas idxalatçısı olan İsrail çətin ki, Ermənistana müasir silah və ya PUA satsın. “Şübhə yoxdur ki, Türkiyə də bunu etməyəcək, çünki indi Azərbaycanı dəstəkləyir və Ermənistanın əsas düşmənidir” deyən Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə ilə yanaşır. Keçmiş səfirin fikrincə, İrəvan üçün qəbul edilə bilən yeganə seçim ənənəvi silah tədarükçüsü olan Rusiyadır. Amma mümkündür ki, Moskva İrəvana müasir silah satmaq istəməsin. "Hər halda, Ermənistanın onu almağa pulu yoxdur", - Brayza vurğulayıb.
Tarix: 10-12-2020, 15:20
-
Bu gün, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Bu gün, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Bu gün, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Bu gün, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Bu gün, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Bu gün, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Bu gün, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Bu gün, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO