Ermənistan parlamentində təklif: təslimolmanı qəbul etmək və Bakı ilə danışıqlara başlamaq


Ermənistan parlamenti

Ermənistanda Baş nazir Nikol Paşinyandan fərqli olaraq, ayrı-ayrı qüvvələr Qarabağ müharibəsinin məsuliyyətini anlayır. Ölkə parlamentinin deputatı Andranik Köçəryanın çıxışı da belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, “Mənim addımım” fraksiyasının təmsilçisi parlamentdə maraqlı təkliflə çıxış edib. Onun fikrincə, Azərbaycan ordusunun qələbəsi ilə hesablaşmaq lazımdır.
“Biz təslimolmanı qəbul edərək irəli addımlamalıyıq. Məsuliyyətin səviyyəsini anlamalıyıq. Ən nəhayət, nə qədər çətin olsa da, qalib tərəflə danışıqlara başlamağa cəhd göstərməliyik”.
Köçəryan deyib ki, böyük müharibədən sonra bərpa prosesini bütün ölkələr keçir. Onun fikrincə, Azərbaycanla
ikitərəfli dialoqun yaradılması gələcəyin ümumi mənzərəsini dəyişə bilər. Köçəryan əlavə edib ki, bu addımlar zamanı bütün iqtisadi və hərbi riskləri də nəzərə almaq lazımdır.
Tarix: 8-12-2020, 22:54
Xəbəri paylaş



Xəbər lenti