Almaniyanın XİN başçısı Minsk Qrupundan danışıb


Almaniyanın XİN başçısı Minsk Qrupundan danışıb
Maas: “Həmsədrlər Qarabağ probleminin uzunmüddətli həlli üçün mühüm rol oynamağa davam edir”
 
Almaniyanın xarici işlər naziri Heyko Maas ATƏT Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video müraciət edib. AYNA xarici mediaya istinadən bildirir ki, Maas müraciətində ATƏT-in Minsk Qrupu həmsədrliyinin formatından bəhs edib.
 
O, bildirib ki, həmsədrlər Qarabağ probleminin uzunmüddətli həlli üçün mühüm rol oynamağa davam edir: “Bu yaxınlarda alovlanan Qarabağ münaqişəsi kontekstində Minsk Qrupu əvvəlki kimi siyasi həll və uzunmüddətli sülh üçün vacib rol oynayır”.
Tarix: 3-12-2020, 23:06
Xəbəri paylaş



Xəbər lenti