"Bundan sonra söz XİN-in, diplomatlarımızın, aparıcı politoloq(!) və ziyalılarımızındır..."
“RİA Novosti”, Lenta.ru kimi məşhur Rusiya nəşrləri 44 günlük savaş günlərində olduğu kimi, artıq rus sülhməramlıların Qarabağa yerləşdiyi bu günlərdə də nəinki ikibaşlı, ermənipərəst, anti-Azərbaycan mövqe nümayiş etdirməkdədir.
Moderator.az xəbər verir ki, Rusiyanın “RİANovosti” agentliyi 30 ilə yaxın Ermənistan və havadarları tərəfindən işğal altındakı Azərbaycan ərazilərində qondarılmış separatçı-terrorçu erməni xuntasının Xankəndində Rusiya sülhməramlıəlarının himayəsində gizlənən tör-töküntülərindən biri – daim qatı anti-türk, anti-Azərbaycan çıxışlarıyla seçilən “prezident” “müşaviri” David Babayandan müsahibə götürüb.
Əvvəla, belə bir separatçı, terrorçu cinayətkar ünsürdən müsahibə faktının özü Azərbaycanın suverenliyinə barmaqlarası baxmaq göstəricisidir. Necə ki, sülhməramlılar da artıq bir aya yaxındır, oxşar davranışlar nümayiş etdirirlər...
Ancaq ən dəhşətlisi bilavasitə dövlət qurumlarıyla bağlılığına şübhə olmayan rus agentliyi əməkdaşının separatçı erməniyə verdiyi yönləndirici, təbliğedici sualdır.
Diqqət edin:
Sual:
“DQR” ərazisində Rusiya hərbi bazasının yaradılmasını məqsədəuyğun hesab edirsinizmi?" Cavab:
"Bu ölkənin bir mütəxəssisi, vətəndaşı və siyasətçisi kimi inanıram ki, burada Rusiya bazasının olması çox yaxşı olar. Özünüz mühakimə edin. Rusiya çox güclü bir geosiyasi potensiala malikdir. Bəs əgər Türkiyə Azərbaycanı təcavüzə yönəltməyə başlayarsa? Terrorçular Türkiyənin tabeliyindən çıxıb burada bir şey etməyə qərar verərlərsə? Bu vəziyyətdə qəsdən Rusiyanın imicinə zərbə vurulmağa çalışıla bilər. Hələ təhlükəsizlik baxımından bizi çox çətin vəziyyətə gətirəcəyindən danışmağa dəyməz. Buna görə “DQR”-də bir Rusiya hərbi bazasının yaradılmasının zərər verməyəcəyini düşünürəm. Bu, ən azından burada uzunmüddətli perspektivdə təhlükəsizlik və sabitliyi xeyli artıracaqdır...”Rus müxbir müsahibəsində Rusiya sülhməramlılarının Qarabağdakı varlığını alqışlayan D.Babayana
Xankəndindəki hava limanının açılması barədə də sual verərək bunun da Moskvanın köməyi ilə həyata keçəcəyi haqda müsbət cavab alıb...
Xatırladaq ki, Rusiyanın bir sıra aparıcı xəbər agentlikləri kimi “RİANovosti” də müstəqillik illərində Azərbaycanda nümayəndəliyi olub.
P.S. Bundan sonra söz Azərbaycan XİN-in, diplomatlarımızın, aparıcı politoloq(!) və ziyalılarımızındır…Sultan Laçın
Tarix: 3-12-2020, 17:09