
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.
Pravda.az xəbər verir ki, nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər habelə Suriya, İsrail - Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.Report
Tarix: 23-11-2020, 22:50