Bu sözləri Pakistanın İnsan Hüquqları naziri Şirin Mazari özünün feysbuk səhifəsində yazıb.
“Yəhudilər, şəxsiyyətlərini müəyyənləşdirmək üçün paltarlarına sarı ulduz taxmaq məcburiyyətində qaldıqları kimi, müsəlman uşaqlar da fərdi identifikasiya nömrəsi alacaqlar (digər uşaqlar almayacaq - Red)”deyə, o bildirib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkədə yaşayan müsəlman uşaqları identifikasiya nömrəsi alacaq. Bu nömrə ilə uşaqların məktəbə gedib-getmədiyi müəyyən ediləcək. Əgər uşaq orta təhsil müəssisəsinə getməsə onun valideynləri ya həbs ediləcək, ya da külli miqdarda cərimə ediləcək.
Hazırda Fransada koronavirus infeksiyası ilə bağlı evdən təhsilə icazə verilir və bu icazə gələn il də qüvvədə qalacaq.
“Report”
Tarix: 22-11-2020, 10:53