Sergey Markedonov: "Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davrandı"



Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MBDMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun baş tədqiqatçısı Sergey Markedonov altı həftəlik müharibənin Cənubi Qafqazda status-kvo baxımdan zəlzələyə bərabər olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, bu münaqişənin regiondakı digər post-sovet münaqişələrdinən fərqləndiyini deyib. Markedonov fikrincə, Cənubi Qafqazdakı münaqişələr 1993-94-cü illərdə əldə olunan status-kvodan bəri etno-siyasi münaqişələrdən geo-siyasi münaqişələrə çevrilib.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi üç ölkə arasında atəşkəs anlaşması nəticəsində baş tutub.

“Belə ki, məsələn 10-15 ildən sonra təkcə Tbilisi və Suximi və ya Tbilisi ilə Moskva arasında deyil, NATO ilə Rusiya və Vaşinqton və ya Brüssellə Moskva arasında problemlər olub”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi bu baxımdan digərqlərindən fərqlənir, çünki burada geo-siyasi qarşıdurmalar yoxdur. Çünki tərəflərdən heç biri təkcə bir geosiyasi istiqamətə yönəlmir: “Məsələn, ermənilər təkcə Rusiya tərəfdarı, azərbaycanlılar isə anti-Rusiya və Qərb tərəfdarı deyil”.
Markedonov əlavə edib ki, Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davranıb və mövqeyini açıq bildirməyib:
“Rusiya bu vəziyyətdən yararlanır. Belə ki, hər iki tərəf Rusiyanı müsbət etibarlı vasitəçi olaraq görür. Ona görə də Rusiyanın hər hansı seçim etməsi mümkün deyildi”.
Tarix: 21-11-2020, 21:50
Xəbəri paylaş



Xəbər lenti