“Putin son çıxışında dolayısıyla Paşinyanı müdafiə etdi...”


“Dövlətimizin yaxın zamanda iki ciddi problemlə qarşılaşması ehtimalı var...”



Son günlər Azərbaycan cəmiyyətində narahatlıq doğuran və müzakirə olunan məsələlərdən biri Rusiya ordu birləşmələrinin sülhməramlı adı altında Qarabağdakı torpaqlarımıza yerləşdirilməsi və həmin qüvvələrin komandanlığının sülhməramlı missiyasına uyğun olmayan bəzi qeyri-adekvat davranışları, eləcə də Putin hakimiyyətinin bundan sonrakı gedişləridır...

Movzu ulə bağlı Moderator.az-a açıqlama verən politoloq Sülhəddin Əkbər diqqətəlayiq məqamlara toxunub.  

“Əvvəla, Rusiya Silahlı Qüvvələri hara, sülhməramlı hara? İllərdir, biz deyirik ki, Rusiyanın  Azərbaycanla, Qarabağla bağlı bütün planlarının mahiyyətu ondan ibarətdir ki , sülhməramlı qüvvələr adı altında  yenidən ölkəmizə geri dönsün. Kreml artıq bu istəyinə nail oldu.  Ermənistanla bağlı isə son illər Rusiyanın başlıca məqsədi “sorosçu” adlandırdıqları Paşinyan rejimini məğlub bir duruma salıb sıradan çıxarmaq idi. Hələlik Moskva Azərbaycanla bağlı qarşısına qoyduğu vəzifəni yerinə yetirib. Ermənistanda da, demək olar ki,  işini görüb. Sadəcə, hesab edirəm ki, hazırkı durumda Paşinyan rejiminin devrilməsi Rusiyanın maraqlarına uyğun deyil. Çünki  son üçtərəfli atəşkəs anlaşmasında Rusiya liderinin imzası var. Və həmin anlaşmanın pozulması həm onun nüfuzuna  ciddi zərbə vurar, eyni zamanda hərbi əməliyyatların yenidən bərpa olunacağı təqdirdə Azərbaycanda, yəni Qarabağdakı ermənilərin maraqlarını qorumaq Rusiya üçün çox çətin olar. Ona görə də  Putin son çıxışında dolayısıyla Paşinyanı müdafiə etdi. Əslində isə hazırda Rusiya lideri  deyilən səbəblərdən Ermənistan baş nazirini birbaşa müdafiə edir. Və o, bundan sonra çalışacaq ki, Paşinyan, ən azı, atəşkəs razılaşması yerinə yetirilənədək hakimiyyətdə qalsın.  Onsuz da Putin yaxşı bilir ki, Paşinyan rejimi siyasi-mənəvi baxımdan başa çatıb. Sadəcə, bu, zaman məsələsidir... 

Onu deyim ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsə, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərik. Konkret olaraq dövlətimizin yaxın zamanda iki ciddi problemlə qarşılaşması ehtimalı var. Birincisi, Moskva Azərbaycana təzyiq üçün Qarabağdakı ermənilərə Rusiya pasportu paylamağa başlaya bilər. İkincisi də ABŞ və Fransa başda olmaqla Qərbin yenidən dırnaqarası “Dağlıq Qarabağ”a status tələbi ilə çıxış etməsidir... Buna da onlar artıq hərbi əməliyyatlar dayanandan sonra həmən start veriblər...” – deyə Sülhəddin Əkbər vurğulayıb.

Sultan Laçın
Tarix: 19-11-2020, 11:21
Xəbəri paylaş



Xəbər lenti