Fransa senatı Qarabağın müstəqilliyi barədə təklifi müzakirəyə çıxarır


Fransa

25 noyabrda Fransa Senatı, "Artsax Respublikasının" (DQ) tanınması zərurətinə dair qərar layihəsini səsverməyə çıxarır.

Bizimyol.info bu barədə Respublikaçı Bryuno Retayonun Twitter hesabına istinadən məlumat verir.
Sənədi "Artsax"ın müstəqilliyi ilə bağlı Fransa Senatındakı ümumi konsensusun simvolu olan Senatın ilk beş ən böyük siyasi fraksiyasının rəhbərləri imzalayıb.
Fransada Senatın qəbul etdiyi layihələr, qətnamələr məsləhət xarakteri daşıyır, heç bir qanuni qüvvəsi yoxdur. Senatın qəbul etdiyi aktlar İcraedici hakimiyyət tərəfindən qəbul edilməyə də bilinər.
Tarix: 19-11-2020, 10:54
Xəbəri paylaş



Xəbər lenti