Rusiyanın Azərbaycanda sülhməramlı missiyası, sualaltı məramı


Rus ordusu

2 gün öncə Ağdam ərazisində rus sülhməramlılarıyla Ermənistan ordusunun silahlıları arasında atışma oldu. Azərbaycanın rəsmi mətbuatında bu barədə məlumat verilməsə də BBC-nin verdiyi məlumata görə, insident nəticəsində 4 sülhməramlı, 14 erməni əsgəri həyatını itirib.Maraqıdır ki.

Dünən RF prezidenti Vladimir Putinin cəmiyyətimiz tərəfindən böyük diqqətlə dinlənilmiş, birmənalı qarşılanmamış müsahibəsində bu məqama işıq tutan maraqlı sətirlər keçdi.
Putinin Qarabağdakı mövcud status-kvo ilə bağlı dedikləri isə həm xəbərdarlıq idi, həm bu vəziyyətin uzun müddətə ola biləcəyinə işarə. Gürcüstanda sülhməramlılara atəş açılmasını “böyük səhv” adlandıran Putin Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasına gətirib çıxardığını xüsusi virğuladı və bir növ xəbərdar etdi ki, Rusiya sülhməramlılarına atəş açmaq ağır nəticələrə səbəb ola bilər. Bu vəziyyətin düzəlməsinin zamanını isə faktiki olaraq “yaraların hər iki tərəfdə təzə olması ilə” əlaqələndirdi. Qarabağa veriləcək statusun da birgəyaşayışdan qaynaqlacağına birbaşa işarə vurdu. Niyəsə bu fikirlərlə mən hələlik Putinin ermənilərə yox, bizə tərəf barmaq silkələməsi kimi görürəm. Baxmayaraq ki, Azərbaycan tərəfi həmişə özünü sözünəsaqiq, müqavilələrə nümunəvi əməl edən etibarlı tərəfdaş kimi nümayiş etdirir. Elə bu dəqiqələrdə Rusiya XİN-in yaydığı bəyanatda deyilir. Moskva ümid edir ki, Bakının Qarabağın statusunu müzakirə etməkdən imtina etməsi yeni münaqişə yaratmayacaq.
Vladimir Putin Vladimir Putin
Putinin dünənki müsahibəsində hansı yarımbaşlıqlar var idi, buna nəzər salaq.
O, Azərbaycanı müstəqil və suveren dövlət hesab edir, ölkəmizin ərazi bütövlüyünü qəbul edir. Qarabağ probleminin yaxın vaxtlarda həllinə inanmır və Qarabağda status-kvonun uzunmüddətli dövrdə saxlanılmasında və statusun gələcəkdə müəyyənləşdirilməsində maraqlıdır.
Müharibədə Azərbaycan ordusunun üstünlüyünü, hətta atəşkəs bəyanatı bir neçə saat gec imzalansaydı, Azərbaycan ordusunun Xankəndini də götürəcəyini bilir.
Qarabağı Azərbaycan ərazisi sayır, onu dövlət kimi hətta Ermənistan tərəfindən də tanınmadığını bildirir və bu işin perspektivinə inanmır.
Türk qoşunlarının Qarabağ ərazisində olmasını mümkün saymır, eyni zamanda Azərbaycan ərazisində yerləşməsinə də etiraz etmir.
Görünən odur ki, müharibə masa üstündə daha qaynar fazaya keçib. Rusiya Azərbaycan əsgərinin əliylə şıltaq balası Ermənistanı cəzalandırdı, onu Amerikaya "oxumağa" getməyə qoymadı, amma proses bitmədiyinə görə hələ ki qapazaltı saxlamaqda davam edir. Bizim çox güclənməyimiz, Ermənistanın da ipindən qopmuş it kimi qaçması ona sərf etmir. Bir sözlə, ilanı Seyid Əhməd əli ilə tutur. Bu savaşda demək olar ki hamı bir-birindən istifadə edir.
Biz hər bir halda Azərbaycan prezidentinin doğru qərarlar aldığına inanmışıq və inanırıq. Onun dünən Füzuli və Cəbrayıl rayonlarına etdiyi zəfər səyahəti ölkəmizə də düşmənlərə də, dost görünüb, düşmən olanlara da önəmli mesaj idi. "Mən bir dəfə demişəm, yenə deyirəm, heç bir statusdan söhbət gedə bilməz".
İlhamə Rəsulova
Tarix: 18-11-2020, 14:19
Xəbəri paylaş



Xəbər lenti