Milli azadlıq hərəkatının lideri, Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy elmi-nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etmək məqsədilə "Elçibəy İnstitutu" yaradılır. Bu barədə Elçibəy iqtidarı zamanı parlament sədri postunu tutmuş İsa Qəmbər Teleqram kanaında məlumat yayıb.İ.Qəmbər bildirib ki, bu bayram günündə bəyan olunan bu addım milli dirçəliş və milli həmrəyliyə töhfə olacaq.
Onun sözlərinə görə, "Elçibəy İnstitutu" Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərəcək.
İnstututun təsisçilər aşağıdakılardır (adların əlifba sırası üzrə): Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, Ismayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn.
Tarix: 17-11-2020, 16:22