“Anlaşmanı təkrar oxumağa ehtiyac yoxdur, onsuz da özüm yazmışam...”






Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ anlaşmasını imzalamadan öncə çəkilən görüntülər ortaya çıxıb.

Moderator.az xəbər verir ki, görüntülərdə Putinin Qarabağ anlaşmasını oxumasını tövsiyə edən köməkçisinə sərt cavab verməsi diqqət çəkib. Görüntülərdə köməkçisinin Putinə, “anlaşmaya nəzər salacaqsınızmı?”-deyə sual verməsinə o, belə cavab verib:

“Niyə oxumalıyam ki? Ehtiyac yoxdur, onsuz da özüm yazmışam” - deyə Putin bildirib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək məqsədiylə 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatı Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi ilə sona çatdı. Ermənistan üçün “təslim olmaq” mənasını verən razılaşmaya görə ətraf 7 rayon da daxil olmaqla Dağlıq Qarabağ bölgəsi Azərbaycanın nəzarəti altına keçib.
Tarix: 16-11-2020, 10:16
Xəbəri paylaş



Xəbər lenti