Rusiya artıq ikitərəfli münasibətləri birbaşa qondarma rejimlə qurur, Xankəndində mərkəzlər qurur


Rusiya artıq ikitərəfli münasibətləri birbaşa qondarma rejimlə qurur, Xankəndində mərkəzlər qurur.
Qondarma Dağlıq Qarabağ Respublikanın "prezident"i Arayik Arutyunyan bugün Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkin ilə görüşüb.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu deyir.
Daha sonra Quibad bəy yazır, Arutyunyan Facebook səhifəsində görüşdə Qarabağdakı "Azərbaycan təcavüzü" (bu ifadə Arutyunyana məxsus olduğuna görə dırnaq arasındadır) nəticəsində yaranan humanitar vəziyyəti müzakirə etdiyini bildirib. Arutyunyan həmçinin Vladimir Putinin fərmanına uyğun olaraq Xankəndində İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılmasını alqışlayıb.

P.S. Rusiya artıq ikitərəfli münasibətləri birbaşa qondarma rejimlə qurur, Xankəndində mərkəzlər qurur. Rusiya Müdafiə Nazirliyi Xankəndində İdarələrarası Humanitar Mübarizə Mərkəzi yaratmağa başlayıb. Proses 20 noyabradək tam başa çatacaq. Bu Mərkəzi Rusiyanın "Qarabağ üzrə höküməti" də adlandırmaq olar. Çünki, onun adı humanitar olsa da Mərkəz MN, XİN, DİN, FTX, FH və digər dövlət orqanlarının təmsilçilərindən formalaşdırılır.
P.P.S Arutunyanın gerbinə və bayrağına diqqət edin. Azərbaycan baş prokurorluğunun cinayət işi açdığı bu quldur əvvəlki kimi işinin başındadır. Azərbaycan rəsmiləri bu məsələyə dair rəsmi mövqe qoymalıdırlar.
Teref.az
Tarix: 16-11-2020, 09:25
Xəbəri paylaş



Xəbər lenti