“Araik Arutunyanın Xankəndində sərbəst oturub hansısa məsələləri həll etməsi...”




Müharibə artıq döyüş meydanından masalar ətrafına keçib, orada gedir indi amansız savaşlar.
 
Anladığım qədər, vəziyəti qarışdırmaq, cığallıq etmək, məsələni digər istiqamətə yönəltmək səyləri artır.
 
Ölkəmizi, xalqımızı, Prezidentimizi dəfələrlə təhqir edən, dinc şəhərlərimizə açılan atəşlərin əmrini verən, əlləri qana batan hərbi cinayətkar Araik Arutunyanın Xankəndində sərbəst oturub hansısa məsələləri həll etməsi, qondarma bayrağ altında görüşlər keçirməsi mən qarışıq bütün Azərbaycan vətəndaşlarını hiddətləndirir.
 
Və Rusiya sülhməramlarına suallar yaradır. Təxribat deyil, nədir bu?
 
Eynilə, Kəlbəcərin vəhşicəsinə məvh edilməsi kimi. Yəni, belə təxribatların artacağı artıq şübhə doğurmur.
Hal hazırda mövcud vəziyəti nəzərdən keçirərək, mən bir vətəndaş olaraq Qarabağda Türkiyə sülhməramlıların yerləşdirilməsini istəyirəm.
 
Rusiya qoşunları ilə eyni həcmdə, eyni məntəqələrdə. Yalnız bundan sonra ürəyim gələr yerinə.
 
İnanıram ki, belə də olacaq və cəmiyətdə yaranan narahatçılığlar boşa çıxacaq, çünki hələ ki, bütün addımlarımızın sonu yaxşı olub.
 
Qarabağ Azərbaycandır!
 
Azər Qərib
 
Jurnalist
Tarix: 16-11-2020, 08:58
Xəbəri paylaş



Xəbər lenti