MİLLİ MƏCLİS PREZİDENTƏ VƏ XALQA MÜRACİƏT EDİB - Tam mətn(Yenilənib)



Milli Məclis noyabrın 13-də keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Müraciəti Milli Məclisin deputat Nigar Arpadarai oxuyub.
Müraciətdə deyilir: “Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqrım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olub. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəlində Cənubi Qafqazda 100 minlərlə azərbaycanlı və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarıb. Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığı, sonrakı İrəvan quberniyasının ərazsində erməni dövləti yaradılıb.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib və nəticədə onun ərazisi 9 min kv km-dan 29,8 min kv km-ə çatdırılıb. Ermənistan ərazisində qalan ata-baba torpaqlarında elliklə yaşayan 100 minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə “Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib.
Beləliklə, erməni millətçilərinin Azərbaaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açlımış və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulub. 1948-1953-cü illərin Corakert deportasiyası nəticəsində Ermənistan SSRİ-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi - yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə soydaşımız yaralanıb və əlil olub.
Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq didərgin salınıb. İşğalçılıq müharibəsi zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verib. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyil. 
Tarix: 13-11-2020, 16:53
Xəbəri paylaş



Xəbər lenti