Georgi Vanyan: “Ermənistanın bir müttəfiqi var, o da qonşu Azərbaycandır...”


“Ermənistan Respublikası öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərin həddini çoxdan aşıb”.

Musavat.com-un məlumatına görə, bu barədə tanınmış erməni ictimai xadimi Georgi Vanyan baş nazir Nikol Paşiynyana ünvanlandığı müraciətdə yazıb.  

Qarabağ məsələsində həmişə praqmatik və obyektiv yanaşması ilə seçilən Vanyan hesab edir ki, Ermənistan rəhbərliyi bu cinayətkar qələbə farsına son verməlidir: “Qonşu üzərində qələbə çalmağa çalışmırlar. Qonşunu ayaqlamırlar, qonşunu məhv eləməyə çalışmırlar. Qonşu ilə danışır, danışır və danışılar, ta ki, eyni dildə danışmaq qabiliyyəti yaranana və qarşılıqlı anlaşma imkanı əldə olunanadək”.

Vanyana görə, qonşuların bir-birini məhv etmək inersiyası – tərəflərin özünüqəsdinə aparan yoldur.

“Strateji müttəfiqin “xilasedici gücü” haqda özünü cinayətkarcasına aldanışa uymayın. İndiki inkarsız qırğın şərtlərində absurdcasına müttəfiqlər axtarıcına son qoyun. Beynəlxalq birlikdən guya genosidə məruz qalmanın tanınması ümidindən əl çəkin. Hərəkətsizliyə son verin, cinayətkar milliyyətçi inersiyasına üstün gəlin.

Ötən 30 ildə bizim bir müttəfqimiz ola bilıədi və xüsusən də indi bizim bir müttəfiqimiz var. Bu müttəfiq - qonşu Azərbaycandır. Danışın, qorxusuz öz həmkarınızın üzünə baxın”, - deyə Vanyan sonda Ermənistan rəhbərliyinə çağırış edib.


Tarix: 12-11-2020, 21:55
Xəbəri paylaş



Xəbər lenti