“Qarabağla bağlı bəyanatda bu bölgənin statusu göstərilmir”.Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, statusdan danışarkən, beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən çıxış etmək lazımdır.
“Bəli, bu sənəddə Qarabağın statusu haqqında məlumat verilmir, hazırda beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kremlin mətbuat katibi əlavə edib ki, ABŞ və Fransa Qarabağla bağlı razılaşmanın əldə olunmasında iştirak etməyiblər. “Bu, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli bir razılaşmadır”.
Neqativ.com
Tarix: 10-11-2020, 14:37