Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-də hərbi əməliyyatlar başlayarkən sülh razılaşmasını niyə imzalamadıqlarını açıqlayıb.O bildirib ki, səbəb həmin razılaşmanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutması olub:
“Biz isə bu addımı ona görə atmadıq ki, inanırdıq ki, elə edəcəyik, atəşkəs imzalamaqda maraqlı olmayaq, bunu düşmənin boynuna qoyaq, onu buna məcbur edək. Təəssüf ki, bu, baş vermədi”/APA
Paşinyan daha sonra bildirib:
“Öz adıma və hamımız adına çətin, çox çətin qərar qəbul etdim. Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Qarabağ müharibəsinə son qoyulması ilə bağlı bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə ifadə edilməyəcək dərəcədə ağrılıdır”.
Tarix: 10-11-2020, 14:19