“ABŞ və Avropa Birliyi Şuşanın azad olunması münasibətilə Bakını təbrik etməlidir” – amerikalı ekspert


“ABŞ və Avropa Birliyi (AB) Şuşanın azad edilməsi münasibətilə Azərbaycan hökumətini rəsmi olaraq təbrik etməlidir”. 
Musavat.com-un məlumata görə, bunu Avropa siyasəti üzrə amerikalı mütəxəssis Peter Teys bazar günü söyləyib. 
“Müxtəlif beynəlxalq siyasi platformalardan Azərbaycana hər cür dəstəyi təmin etmək lazımdır. Avropa Birliyinin üzvlər və Vaşinqton Azərbaycan hökumətini İslam mədəniyyətinin və Azərbaycan memarlığının beşiyi, dünya və Azərbaycan mədəniyyətinin şedevri olan tarixi Şuşa şəhərinin azad edilməsi münasibətilə rəsmi şəkildə təbrik etməlidir”, - deyə o qeyd edib. 
Amerikalı mütəxəssisin əminliyinə görə, dünya bilməlidir ki, Azərbaycanın qəhrəman ordusunun öz ölkəsinin suveren ərazilərini Ermənistanın faşist ordusundan və erməni terrorundan azad etməsi bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyini təmin etmək deməkdir. 
“Dünya ölkələri Azərbaycanın Silahlı Qüvvələrini ölkənin bütün işğal olunmuş ərazilərinin azad edilməsi yönündə qanuni və qəhrəmanlıq mübarizəsində dəstəkləmək üçün birləşməlidir. Azərbaycanın böyük və ecazkar şəhəri, Azərbaycan mədəniyyətinin tarixi, qədim mərkəzi olan Şuşanın azad edilməsi xəbərindən çox şadam və xoşbəxtəm. Dağlıq Qarabağ Azərbaycandır”, - deyə amerikalı ekspert əlavə edib.
Tarix: 8-11-2020, 16:34
Xəbəri paylaş



Xəbər lenti