Ermənistan üçün “qara günlər” hələ qarşıdadır... Bu barbar ölkənin qurulmasında və qorunmasında birbaşa rol oynayan yeganə dünya supergücü olan Rusiya Ermənistana yardım əlini uzatmağa həvəs göstərmir. Çünki əks tərəflə – Azərbaycan və Türkiyə ilə əməkdaşlığın verdiyi fayda, strateji əhəmiyyət daha ağır basır...
Cənubi Qafqaz regionunda indi əsas gündəm mövzusu Azərbaycanın işğal altında olan ərazilərində reallaşdırılmaqda olan hərbi əməliyyatlarla bir başa bağlıdır. Belə ki, Azərbaycan ordusu son 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı aıtında qalmış bütün ərazilərimizi azad etməklə məşğuldur. Və bu istiqamətdə böyük uğurların olduğu da artıq inkaredilməz reallıqdır.Onu da qeyd edək ki, bu uğurların yaxın günlərdə daha böyük və həlledici hərbi zəfərlərlə müşayiət ediləcəyi isə heç kəsdə ciddi şübhə doğurmur. Hətta ermənilərin özləri belə, bu reallığı tədricən qəbul etməyə başlayıblar. Ermənistan siyasi dairələri Azərbaycan qarşısında sarsıdıcı hərbi məğlubiyyətin qaçılmaz olduğunu müəyyən qədər dolayı yollarla, müxtəlif hərbi-siyasi eyhamlarla ölkə əhalisinə anlatmağa çalışırlar.
Böyük ehtimalla məğlubiyyətin qaçılmazlığının açıq etirafının Ermənistanda böyük siyasi təlatümlərə yol aça biləcəyindən ehtiyatlanırlar. Ona görə də, qaçılmaz həqiqətləri xırda “porsiya”larla ictimai dövriyyəyə çıxarmağa üstünlük verirlər.
Bununla belə, Ermənistanın hərbi məğlubiyyətinin qaçılmazlığının Paşinyan hakimiyyəti və ümumiyyətlə, bu barbar ölkənin siyasi dairələrində qəbul edildiyini sübut edən bir sıra önəmli məqamlar da mövcuddur. Həmin məqamlar ilk növbədə Ermənistanın və Paşinyan hakimiyyətinin çarəsizliyini qabarıq şəkildə ortaya çıxarmaqdadır. Və bu məqamlara dayanaraq, müharibənin Azərbaycan üçün zəfərlə yüklənmiş uğurlu sonluğunun o qədər də uzaqda olmadığını iddia etmək mümkündür.
Məsələ ondadır ki, barbarların baş nazırı Nikol Paşinyan davamlı olaraq, müxtəlif dünya liderlərinə və nüfuzlu beynəlxalq qurumlara müraciətlər edir. Onlardan Ermənistana dəstək verilməsini, savaşın dayandırılmasına yardım göstərilməsini israrla, hətta bir çox hallarda yalvarışlarla xahiş edir. Baş barbarın telefon zəngləri və aldığı reaksiyalarsa, artıq siyasi ironiya mövzusuna çevrilib.
N.Paşinyanın son addımı isə ümumiyyətlə, bütün şübhəli məqamların tamamilə aydınlaşmasına münbit şərait yaratdı. Belə ki, o, Rusiya prezidenti Vladimir Putinə yazılı müraciət etdi, yəni məktub göndərdi. Yenə də hansısa üzərini artıq çoxdan toz basmış köhnə müqavilələrə istinad etməklə, Rusiyanın Ermənistana dəstək verməyə borclu olduğunu iddia etdi.
Cavabındasa, Rusiya Xarici İşlər Nazirliyi “Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır” məzmunlu konkret izahla üzləşdi. Bunun nə demək olduğunu baş barbar anladımı, görəsən... Bu, hələlik məlum deyil. Çünki baş barbar ümumiyyətlə, heç nəyi anlamağa həvəsli olmayan avantürist bir xarakterə sahibdir.
Amma Ermənistanda bunu anlayanlar hər halda olmamış deyil. Məsələn, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Kreml sahibinin Rusiya Xarici İşlər Nazirliyi üzərindən verdiyi cavabı bütün ermənilərə və Paşinyan hakimiyyətinin təmsilçilərinə “tərcümə” etməyə çalışdı:
“Putin səmimi və nəzakətlə demək istəyir ki, Ermənistana təhlükə olarsa, dəstək verərik. Ancaq Dağlıq Qarabağ problemini sizin yerinizə mən həll edə bilmərəm”.Bu, bir erməni siyasətçinin məmnun olmadığı mövzuda təəssüf dolu mesajıdır. Çünki əslində, L.Ter-Petrosyan Putinin cavabını “tərcümə” edib, Paşinyan hakimiyyətinin anlamasına yardımçı olmaq məqsədi güdmür. Əksinə, Putinin dediklərini izah etməklə, Ermənistanı gözləyən böyük təhlükəni qabartmağa çalışır.
Belə anlaşılır ki, L.Ter-Petrosyan ermənilərə Rusiyadan heç bir yardıma ümid bəsləməyə ehtiyacın olmadığını başa salmağa çalışır. Çünki belə bir yardımın heç bir halda verilməyəcəyini hamıdan yaxşı bilir. Və bu yardım olmayacağı təqdirdə, Ermənistanın uzun müddət Azərbaycanın hərbi-siyasi gücü qarşısında tab gətirməyəcəyinə də tamamilə əmindir.
Ona görə də, L.Ter-Petrosyan Ermənistan əhalisinə üstüörtülü şəkildə xəbərdarlıq edir. Ermənistanı irəlidə daha böyük faciələrin gözlədiyini ictimailəşdirməyə çalışır. Və nə qədər ki, gec deyil, mövcud reallığın qəbul edilməsinin yeganə çıxış yolu ola biləcəyinin mesajını verir.
Ermənistan cəmiyyəti L.Ter-Petrosyana inanacaqmı, onun xəbərdarlığını ciddiyə alacaqmı? Bu sualın cavabı hələlik məlum deyil. Və böyük ehtimalla bu cavab ümumiyyətlə, olmaya da bilər.
Məsələ ondadır ki, Ermənistan cəmiyyəti qeyri-real, qondarma “nağıllar”la zombiyə çevrilmiş barbarlar toplusundan ibarətdir. Bu barbarlar adətən, onlara verilən şüarların davamlı və yeri gəldi-gəlmədi bir ağızdan təkrar edilməsindən uzağa gedə biləcək düşüncə imkanlarından tamamilə məhrumdurlar. Və bu “ənənə” Cənubi Qafqaza 1928-ci ildə köçürülmüş barbar sürüsünü həmişə böyük faciələrlə baş-başa buraxıb.
Böyük ehtimalla barbarlar yaxın vaxtlarda özlərinin növbəti ağıl tutulmasının real nəticələri ilə üzləşməli olacaqlar. Hər halda, onların məhdud fəaliyyətli beyinlərinin ümumi sərsəm şüarlardan başqa nəyisə anlaya biləcəkləri qətiyyən inandırıcı deyil.
Əgər, belə olmasaydı, bu barbarlar L.Ter-Petrosyanın təxminən 20-22 il bundan əvvəl etdiyi xəbərdarlıqlara daha həssas yanaşardılar. Çünki o, indiki situasiyanı hələ illər öncə proqnozlaşdırıb, barbar xalqına xəbərdarlıq etmişdi. Azərbaycanın ciddi şəkildə güclənəcəyini və öz ərazilərini geri alacağını bəyanlamışdı. Məsləhət görmüşdü ki, Dağlıq Qarabağ problemini vaxtı uzatmadan baza prinsipləri çərçivəsində mümkün qədər sürətlə həll etməyə çalışmaq lazımdır.
Halbuki barbarlar tamamilə fərqli davrandılar. Tələsmək əvəzinə vaxtı uzatdılar. Hətta Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində sülh danışıqlarını ümumiyyətlə, dalana dirədilər. Və bunun vəd etdiyi nəticə özünü o qədər də çox gözlətmədi, artıq ortadadır.
Ermənistanın güclü Azərbaycan qarşısında sahibsiz buraxıldığını sübuta yetirən xeyli məqamlar mövcuddur. Onlardan biri də keçmiş prezidentlərin – L.Ter-Petrosyan və Robert Köçəryanın Moskvaya səfərinin ləğv edilməsi ilə birbaşa bağlıdır. Barbarların bu iki siyasətçisinin Kremllə çox sıx bağlantəları var. Ona görə də, Rusiya tərəfindən yaxına buraxılmayan, siyasi məsafə saxlanılan Paşinyan hakimiyyəti onları Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması üçün Kremlə minnətçi salmağa çalışırdı.
Ancaq bu səfər baş tutmadı. Belə izahat verildi ki, guya P.Köçəryan koronavirusa yoluxub və özünütəcrid etmək məcburiyyətində qalıb. Bu səbəbdən də onların Moskva səfəri təxirə salınıb.
Əlbəttə ki, məhz səfər ərəfəsində infeksiya iddiası bir bəhganədir və yalnız sadəlövhlər üçün inandırıcı görünə bilər. Böyük ehtimalla Kremldən diplomatik kanallar vasitəsilə xəbər göndərilib ki, bu səfərin heç bir vəhəmiyyəti olmayacaq. Çünki Rusiya öz neytral mövqeyinə yenidən baxmaq niyyətində deyil. Bu səbəbdən də boşuna zaman itirməyə qətiyyən ehtiyac yoxdur. Və ola bilsin ki, səfərin arxa plana keçirilməsi üçün “infeksiya variantı”nın bəhanə gətirilməsi də elə Kremldən məsləhət görülüb.
Göründüyü kimi, Ermənistan üçün “qara günlər” hələ qarşıdadır. Bu barbar ölkənin qurulmasında və qorunmasında birbaşa rol oynayan yeganə dünya supergücü olan Rusiya Ermənistana yardım əlini uzatmağa həvəs göstərmir. Çünki əks tərəf – Azərbaycan və Türkiyə ilə əməkdaşlığın verdiyi fayda, strateji əhəmiyyət daha ağır basır. Kreml isə onsuz da heç nəyi dəyərləndirə bilməyən barbarlar ucbatından Rusiya üçün böyük önəm daşıyan tərəfdaşlarla münasibətləri korlamaq istəmir.
Bütün bunlar o deməkdir ki, həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün “qum saatı” artıq boşalmaq üzrədir...
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 2-11-2020, 19:43