"Moskva Putinin dostu Robert Köçəryanın, KTMT Baş katibi Xaçaturovun cinayət təqibini, Rusiya telekanallarının Ermənistandakı pulsuz yayım şəbəkəsindən kənarlaşdırılmasını və Ermənistandakı rus şirkətlərinin mühakimə olunmasını unutmayıb, bağışlamayıb!"Cebhe.info xəbər verir ki, bunu Rusiyanın nüfuzlu hərbi eksperti, “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko deyib.
O, Rusiyadan üz döndərən Paşinyan hakimiyyətinin hazırki məqamda Rusiyadan kömək istəməsini pisləyib:
"Qızartı qoxusu gələndə isə Paşinyan birdən “Rusiyanın böyük dostu və müttəfiqi” oldu. "Borjomi" (Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi) içmək üçün çox gecdir, Nikol!O bildirib ki, Paşinyanın hərbi sahədəki uğursuzluğu hakimiyyətin dəyişməsi ilə nəticələnəcək:
"Paşinyanın Qarabağdakı hərbi məğlubiyyətindən sonra İrəvandakı hakimiyyət dəyişikliyi Rusiyanın strateji maraqlarına cavab verəcək. Bu, erməni siyasi elitaları üçün yaxşı bir dərs olacaq".
Tarix: 2-11-2020, 19:06