İsa peyğəmbəri utandıran millət - materialın ermənidirsə...



Günümüzün müzakirə mövzularından biri də erməni vəhşiliyinin qan donduran yeni təzahürləridir.

Bu ikiayaqlı məxluqların 27 sentyabrdan bu yana törətdikləri terror aktları nəticəsində artıq 10-a yaxın məsum balamız, o sırada körpələrimiz həyatını itirib. Amma düşmən tərəf bircə fakt gətirə bilməz desin ki, ordumuzun zərbələri nəticəsində haradasa erməni uşağının burnu qanayıb.

Mümkün deyil. Çünki ermənilərdən fərqli olaraq bu, bizim mədəniyyətimizdə, əxlaqımızda yoxdur. Çünki bizim milli təfəkkürümüzdə uşaqların milləti, dini olmaz. Çünki yad uşaqlar olmur. Amma kimə deyirsən...

Dünən televiziyadakı verilişlərin birində maraqlı fikir səsləndi. Bildirildi ki, ermənilərin Qafqazda aborigen (köklü, yerli toplum) deyil, gəlmə millət olduğunun daha bir dəlili odur ki, ermənilərdən başqa heç bir Qafqaz xalqı (azərbaycanlı, gürcü, avar, çeçen və s.) qadın, qoca və uşaqlara qarşı qəddar deyil, heç vaxt da olmayıb. Ona görə ki, köklü Qafqaz xalqları üçün bu bir mərdanəlik, kişilik, əxlaq məsələsidir. Bu xüsusiyyət halal yaşamağı sevən qafqazlının mentalitetində, qanındadır.

Baxın, ermənilərdən başqa heç bir başqa xalq Rusiyaya, onun çarlarına, rəhbərlərinə quyruq bulamayıb, başqa xalqları əsarət altında saxlamaq üçün öz xidmətini təklif etməyib, onun regionda maşası rolunda olmayıb. Bunu da əlavə edək ki, heç bir aborigen Qafqaz xalqı başqa xalqların əraziləri hesabına özünə zorla dövlət yaratmaq üçün terror təşkilatları yaradıb dinc əhalini qoca, qadın, uşaq demədən hədəf seçməyib, qətlə yetirməyib. Ermənilər isə ASALA, Qnçak, Daşnaksütyün və digər neçə-neçə qanlı terror hörgütləri ilə çoxdan bədnamdırlar. Ümumiyyətlə, onlar terrorçu bir qövmdür və hətta bununla fəxr edirlər.

Qafqazda onlarla genosid, terror aktına imza atan tək millət də yenə ermənilərdir. Xocalı soyqırımı, 1918-c ilin martındakı Bakı, Quba, Lənkəran, Şamaxı soyqırımları Bakı metrosunda partlayışlar və s. hansını yada salasan? Ötən əsrin 90-cı illərində qonşu Gürcüstandakı separatçı hərəkat zamanı Abxaziyadakı yerli ermənilər “Baqramyan batalyonu” yaradaraq, bölgənin gürcü əhalisinə, qadın və uşaqlara qarşı xüsusi qəddarlıq, amansızlıq etmişdilər. Bu haqda sizə istənilən gürcü ürək ağrısı ilə danışar.

Yəni onlar üçün heç “din qardaşlığı” deyilən anlayış da yoxdur. Zira, onların Allaha, İsa peyğəmbərə dəxli olmayan öz “dinləri” var – ermənilik. Bununla hər şey deyilib. Bu anormalıq da yenə onlara xasdır ki, məhz erməni din xadimləri əldə silah vuruşmağı normal, vacib hesab edirlər. Yəni bunların kilsəsi də terror yuvasıdır. Sonra da deyirlər, erməni kilsəsinə raket atmışıq. Elə bir neçə gün öncə Azərbaycan hərbçilərinin əsir götürdüyü erməni yaraqlısı din xadimi çıxmadımı? Halbuki səmavi dinlər zorakılığı təbliğ etmir.

Sənə yaxşılıq edənə qarşı nankor olmaq, öz maraqları naminə ağalarını asanca dəyişmək, sənə çörək və qalmağa yer vermiş xilaskarını 5-cə qəpiyə satmaq, yediyin qaba tüpürmək, illərlə qoynunda bəsləndiyin ev yiyəsinin kürəyinə arxadan bıçaq saplamaq, yəni namərdlik, xainlik, xəbislik, çörəyi dizi üstə olmaq, nəhayət, başqa millətin halal torpağına, mətbəxinə, yeməklərinə, mədəniyyətinə daima oğru gözü ilə baxmaq, saxtakarlıq və riyakarlıq, güclü qarşısında məğmun, miskin və qorxaq, zəif qarşısında qəddara və əjdahaya dönmək isə bunların genində, soyundadır.

Qoynumuzda yer verdiyimiz qədim yurdumuz Qarabağı özününkü çıxarmadılarmı? Şuşanı misilsiz həyasızlıqla ermənilərin “qədim şəhər-qalası”, “erməni simvolu” adlandırmırlarmı? Hətta öyündükləri “arsax” sözü də onların deyil (“ərsaq”: “ər” - kişi, “saq” – qədim türk tayfasının adıdır).

Nə deyəsən. Materialın ki, erməni oldu, tüpür və tulla getsin! Sadəcə, bir sual adama heç rahatlıq vermir: görəsən Qafqaz xalqlarının boğazında iki əsrdən çoxdur sümük kimi ilişib qalan bu məxluqlar, İsa peyğəmbərin üz qaraları nə vaxt rədd olub gedəcəklər?

Sual əslində ritorikdir. Çünki ox artıq yaydan çıxıb...



Zahid SƏFƏROĞLU
Tarix: 1-11-2020, 14:02
Xəbəri paylaş



Xəbər lenti