Şok iddia: “Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq”


 
“Yəqin ki, Dağlıq Qarabağ probleminin həllinin noyabrın sonunun Bakıda keçirilməsi planlaşdırılan türkdilli dövlətlərin zirvəsi ilə üst-üstə düşməsi planlaşdırılır". 
 
Ovqat.com xəbər verir ki, bunu Orta Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Bagdasarov oktyabrın 28-də Telegram kanalında yazıb.
 
Bagdasarovun iddiasına görə, noyabrın sonunda Azərbaycanın paytaxtında keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında "Böyük Turan Ordusu"nun yaradılacağının elan olunması gözlənilir: “Göründüyü kimi, bu hadisə üçün Türkiyə tərəfi ilə əməkdaşlığın effektivliyini nümayiş etdirərək Dağlıq Qarabağ problemini ildırım sürəti ilə həllinə çalışırlar” – Bağdasarov belə deyib.
 
Ekspertin fikrincə, "Turan Ordusu" NATO-nun Şərq analoqu kimi planlaşdırılır və bu layihə uğurla həyata keçirilsə, Rusiya diplomatiyası SSRİ-nin dağılmasından bəri ən dağıdıcı məğlubiyyətə uğrayacaq. Bağdasarovun iddiasına görə, bu vəziyyətin həssaslığı ondan ibarətdir ki, "alti əyalət - bir millət" şüarı onsuz da KTMT üzvü olan dövlətlərin bu quruluşa girməsinə imkan verir. Və bu, "Rusiya diplomatiyasının sifətinə bir şillə" kimi çarpılacaq.



Tarix: 29-10-2020, 20:11
Xəbəri paylaş



Xəbər lenti