İlham Əliyev: “Mən artıq Türkiyənin F-16 təyyarələri ilə bağlı suallara cavab verməkdən yorulmuşam” Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Türkiyənin Azərbaycanda olan F-16 təyyarələri barədə danışıb.
AYNA-nın xəbərinə görə, ölkə başçısı bildirib ki, ona hər dəfə xarici jurnalistlər bu barədə sual ünvanlayırlar.
“Mən artıq Türkiyənin F-16 təyyarələri ilə bağlı suallara cavab verməkdən yorulmuşam. Baxın, peykiniz var, görün o F-16-lar Azərbaycanda nə edirlər, yerdədilər, yoxsa göydədirlər. Əməliyyatlardan əvvəl təlim üçün gəlmişdilər, qaldılar burada. İndi də bizə bir mənəvi dəstək verirlər”, - deyə Prezident qeyd edib.
Ölkə başçısı bildirib ki, əgər Azərbaycana qarşı hansısa aqressiya olarsa, bu təyyarələrdən istifadə ediləcək: “Azərbaycana qarşı aqressiya olacağı təqdirdə, qarşılarında həmin F-16-ları görəcəklər”.
Tarix: 26-10-2020, 14:08