Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə asanlıqla nail ola bilər.Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Qempşir ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, Vaşinqton Bakı ilə Yerevan arasında sülh yolu ilə nizamlanma üzərində işləyir.
"Biz hər şeyi qaydaya salacağıq. Bu, dediyim kimi, asanlıqla baş verməlidir. Əgər sən nə etdiyini bilirsənsə, bu asan olacaq", - deyə amerikalı lider bildirib.
Tarix: 25-10-2020, 22:52