"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...






"Borçalı Cəmiyyəti" onlayn növbəti XII konfransını keçirdi.

24 oktyabr tarixində növbəti XII konfrans  onlayn, az saylı təmas və telefon imkanlarından istifadə edilməklə baş tutdu. Şəhidlər ehtiramla yad edildi, yaralılarımıza şəfalar diləndi.

İH adından sədr Zəlimxan Məmmədli və NTK sədri Valeh Məmmədovun hesabatında sonra hesabat dövründə fəaliyyət qənaətbəxş dəyərləndirildi. 

Daha sonra Zəlimxan Məmmədli növbəti bir illik dövr üçün təkrar sədr seçildi. 
Təşkilat məsələsinə baxıldı və açıq səsvermə ilə 15 nəfərlik, aşağıda adları qeyd olunan üzvlərdən ibarət yeni İdarə Heyəti seçildi.

Məmmədli Zəlimxan
Nazim Musayev
Ramiz Həsənov
Mahmud Hümbətov
Mustafa Vəliyev
Zöhrab Məmmədov
Xəqani Hümbətov
Hüseyn Yadigarov
Salman Murğuzlu
Ayxan Hümbətov
Nadir Məmmədov
Akif Acalov
Azad Əbdurrəhmanlı
Qiymət Məhərrəmli
Savalan Osmanlı
Eyni zamanda Valeh Məmmədov, Gülməmməd Məhərrəmli və Dilan Məmmədovdan ibarət Nəzarət Təftiş komissiyası seçildi.  Konfrans iştirakçıları erməni işğalı və separatizminə qarşı mübarizədə Ali Bas Komandan İlham Əliyevə, milli ordumuza, on səngərlərdə vətənin azadlığı uğrunda fədakarlıq edən əsgərlərimizə, zabitlərimizə, Mudafi Nazirliyinə birmənalı dəstək ifadə etdi, xüsusi bəyanat qəbul etdi, hər kəsi vətən savaşında əlindən gələn dəstəyi verməyə dəvət etdi.

“Borçalı Cəmiyyəti” İB-nin onlayn konfransının bəyanatı
  
Ermənistanın antitürk siyasi-ideoloji mərkəzlərinin əlində alət olaraq Azərbaycana qarşı  təcavüzkar, işğalçı, antitürk siyasətinə cavab olaraq Azərbaycan ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 27 Sentyabr 2020-ci ildə başladığı əks hücum əməliyyatında böyük uğurlar qazanaraq onlarla yaşayış məntəqələrini işğalçı-separatçılardan azad etməkdədir. Azərbaycanın haqlı mövqeyi, işğalçılara, terroristlərə qarşı həyata keçirdiyi əməliyyatlar günü-gündən daha çox dövlətlər tərəfindən dəstəklənməkdədir. Türkiyə, Pakistan, Əfqanıstan,  İsrail, Ukrayna, Şimali Kipr və bəzi dost dövlətlər açıq formada Azərbaycanın haqq davasının yanındadır. 
Ölkəmizin siyasi spektri, ictimai sectoru, Azərbaycan xalqı bütövlükdə vətən müharibəsinə səfərbər olunmuşdur. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində sərgilədiyi siyasi-diplomatik-hərbi iradə ən yaxın zamanda zəfərə çatacağımıza inamı daha da artırmaqdadır. Beynəlxan təşkilat və bəzi dövlətlərdə əvvəllər sezilən erməni ədalətsizliyinə dəstək artıq öləziməkdə olmaqla, Azərbaycanın işğalçılara qarşı mübarizəsinə birbaşa və ya dolayı dəstək ifadə etməkdədir.
“Borçalı Cəmiyyəti”nin onlayn konfransı iştirakçıları, Borçalı elinin  bütün gücü və imkanı ilə Millətimizin, Ölkə Prezidentinin, müzəffər odumuzun yanında olduğunu bəyan edir, hər kəsi Vətənin azadlığı və bütövlüyü yolunda daha sıx birləşməyə dəvət edir. Eyni zamanda bu gün onlayn baş tutan konfransın nəticəsi olaraq formalaşan yeni İdarə Heyəti “hər şey vətən üçün, hər şey qələbə üçün” şüarı ilə mübarizə meydanında öz üzərinə düşən şərəfli vəzifələri yerinə yetirmək əzmini bir daha ifadə etməklə, soydaşlarımızın hüquqlarının qorunması, Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərinin daha dolğun təməllərlə zənginləşməsinə töhfə vermək əzmində olduğunu bəyan edir. 
  Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr və bütün yaralılarımıza isə şəfa diləyirik.
Azərbaycan Ali Baş Komandanı sərgilədiyi milli iradəyə görə eşq olsun!
Yaşasın sanlı Azərbaycan ordusu, zəfərə gedən yolları açıq olsun!
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!

24 oktyabr 2020
Bakı şəhəri
Tarix: 24-10-2020, 20:33
Xəbəri paylaş



Xəbər lenti