Ermənistan rəhbərliyi niyə tarana gedir? - GƏLİŞMƏ
Ermənistan hakimiyyəti son açıqlamaları ilə özünə və ölkəsinə qazdığı qəbirləri daha da dərinləşdirməkdədir. Hər halda, baş nazir Nikol Paşinyanın xalqa müraciətlə “silahlanın” çağırışı etməsinə başqa yozum vermək mümkün deyil.
Paşinyan bu çağırışı o zaman etdi ki, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirir və ilanın başının əzilməsinə çox az qalıb. Hətta az-çox ağlı, düşüncəsi olan tanınmış ermənilər də anlayırlar ki, Qarabağın işğalına son qoyulmasının qarşını almaq mümkün deyil və müqavimət faydasızdır.
Məlum olduğu kimi, Ermənistanın baş naziri xalqa müraciətlə hər kəsi ayağa qalxıb, “vətəni müdafiə etmək üçün” silahlanmağa çağırıb. Paşinyan deyib ki, bu gün Azərbaycanın mövqeyi fonunda silahlanıb cəbhəyə getmək tələb olunur. Terrorçu baş nazirin iddiasına görə, yalnız belə olan halda məsələnin diplomatik həllinə nail olmaq mümkündür. “Bakı kapitulyasiyadan başqa heç nəyə razı deyil”, Paşinyan şivən salaraq əlavə edib. Daha sonra deyib: “Burada məsələ təkcə Qarabağla bağlı deyil, mən bunu müzakirə etmək belə istəmirəm”. Baş nazir bir daha sərsəm fikrini təsdiqləyərək iddia edib ki, hələ 90-cı illərdən bəri “Qarabağsız Ermənistan yoxdur” qənaətinə gəliblər.
N.Paşinyan şəhər merlərinə, kəndlərin icmalarının, digər dövlət qurumlarının və orqanlarının rəhbərlərinə xitab edib. Onları silahlı qüvvələrin baş qərargah rəsinin rəhbərliyi altında könüllülərdən ibarət dəstələr yaratmağa çağırıb. N.Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” deməsi, hamını silaha sarılmağa çağırması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil.
Amma elə bu sərsəm müraciəti etdiyi vaxt N.Paşinyanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Moskvada səfərdə idi və Rusiya XİN rəhbəri Sergey Lavrovdan kömək istəyirdi. Erməni nazir son on gündə sayca üçüncü dəfə Moskvaya səfər etdi. Əsas istək də budur ki, Azərbaycan nə yolla olursa-olsun atəşkəsi dayandırmağa vadar edilsin. Amma görünən budur ki, atəşkəs rejimini terror aktları ilə pozan məhz Ermənistandır. Əcaib bir vəziyyət yaranıb: Paşinyan müharibə yolunu seçir, xalqı silahlanmağa çağırır, ölkənin sıravi vətəndaşından merinə, deputatına qədər hər kəs silahlanıb işğalı davam etdirmək üçün dəstələr yaradır, amma digər tərəfdən də danışıq aparmaq üçün XİN rəhbərini paytaxtlara göndərir. Danışıqlar istəmirdinsə, niyə nazirini xaricə göndərirsən? Baş nazirin axmaq hərəkətləri, xalqı qırğına verməsi artıq Ermənistanda da etirazlara səbəb olub, döyüşdən imtina edənlər də gündən-günə artır. Ermənilər özləri də anlayırlar ki, onların düşməni elə 2018-ci ildə başa keçirdikləri Paşinyandır. Düzdür, N.Paşinyanın sərsəmləməsindən bir neçə saat sonra İrəvan yenə də “köhnə bayatı”ya qayıtdı və danışıqların bərpasına hazır olduğunu dedi. Ancaq bu, “daldan atılan daş”dır. Ermənistan Moskva razılaşmasından sonra Gəncədə terror aktları törətməklə sübuta yetirdi ki, ona danışıqlar, sadəcə, möhkəmlənmək, Azərbaycana zərbələr endirmək üçün lazımdır. Belə olan halda Azərbaycan təbii ki, Ermənistanın işğalçı siyasətinə rəvac verə biləcək hansısa təşəbbüslərə imkan yarada biməz. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, işğala son qoyulması ilə bağlı öhdəliklərin götürülməsi, qrafikin təqdim olunması halında hərbi əməliyyatlar dayandırıla bilər. N.Paşinyanın danışıqlardan imtina mövqeyi və xalqı savaşa çağırması əslində Azərbaycana diplomatik və hərbi sahədə bundan sonra da əlavə üstünlüklər qazandıracaq. Beynəlxalq təşkilatlar, aparıcı ölkələrin paytaxtları da görürlər ki, Azərbaycan rəhbərliyi hətta hərbi üstünlüyə malik olduğu halda, danışıqlardan imtina etmir, ancaq rəsmi İrəvan “son nəfərədək” döyüşməkdə israrlıdır. Belə ağılsız hökumətin çağırışlarına niyə ciddi reaksiya verisin ki? Ermənistanın qeyri-konstruktiv davranışları, sülh yolundan imtinası Azərbaycan üçün işğalçını “iti qovan kimi qovmaq”dan başqa yol qoymur. Belə olan halda ortaya maraqlı sual çıxır, Paşinyan Ermənistanı niyə tarana aparır?
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, əslində bu, düşünülmüş bir siyasət deyil: “Paşinyan başını itirib. Mən ermənicə KİV-lərə baxıram, artıq onu ciddi qəbul etmirlər. Bir gündə iki fərqli bəyanatda bulunan şəxslə biz heç bir təmas qurmamalıyıq. Onun verdiyi iki fərqli bəyanat da göstərir ki, Ermənistanla danışıq aparmaq mənasızdır. Diplomatiya xatirinə görüşmək olar, amma heç bir razılaşmaya gəlmək olmaz. Paşinyan məğlubiyyətini etiraf etməlidir”. Q.Çaxmaqlı məğlubiyyətin etirafından sonra Paşinyanı gözləyən tale haqda da danışdı: “Ermənistanda bu fikirdədirlər ki, Paşinyan istefa verəndən sonra qaçacağı yer də yoxdur. Artıq keçmiş Ermənistan rəhbərləri Ter-Petrosyan, Köçəryan, Sərkisyan bir araya gəliblər. Onlara digər sabiqlər də qoşulub, Quqasyan və Bako Saakyan. Gizli görüşdə yəqin ki, Paşinyandan sonrakı məsələlər müzakirə edilib. Ermənilər Paşinyan biabırçılığından qurtarmaq üçün yollar arayırlar”. Politoloq qeyd etdi ki, erməniləri və Paşinyanı xilas etmək üçün bəzi ölkələrin diplomatik fəaliyyətləri olacaq: “Biz bu prosesləri öz axarına buraxmamalıyıq. Bəzi görüşlərdən hətta imtina olunmalıdır. Görüşlər qaçılmaz olarsa, həmin danışıqlarda əlimizi gücləndirəcək vasitələr önə çəkilməlidir”.
Cəbhədən gələn son xəbərlər də N.Paşinyanın Ermənistanı məhvə sürüklədiyini və tarana apardığını deməyə əsas yaradır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub. 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur.
Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutub. Müdafiə Nazirliyimiz bildirib ki, son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir. Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.
Azərbaycan Ordusunun qüdrəti qarşısında aciz qalan alçaq düşmən yenə də cəbhə bölgəsindən uzaq bölgələrimizi, dinc sakinləri hədəfə alıb.
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Məlumatda deyilir ki, düşmənin raket hücumu nəticəsində tələfat yoxdur. Bəzi mənbələrə görə, Qəbələdə dinc sakinlər yaralanıb, evlərə ciddi ziyan dəyib. Bu, Ermənistanın növbəti terrora cəhdidir.
“Hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən və möhtəşəm turizm mərkəzi olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter səhifəsində paylaşım edib.
“Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə yararlandığı SCUD raketlərindən istifadə edilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, - deyə, paylaşımda qeyd olunub.
Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistanın həyasızlığına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə qəti mövqeyini bəyan edib. Prezident oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində “biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”, deyib.
N.Paşinyan bir gün qabaq xəbərdarlıqlardan dərs çıxartmayıb “Qarabağsız Ermənistan ola bilməz” demişdi. Cavabı siyasət və döyüş meydanında verildi. Ağlını başına yığmasa, İrəvanda meyitlərin yeni partiyasını qəbul etməli, valideynlər qarşısında baş əyməli olacaq. Ancaq bu gedişlə onun əyilən başı heç kimə lazım olmayacaq...
Tarix: 23-10-2020, 09:53
-
Dünən, 12:52
Nizami rayonunda “JEK” müdiri at oynadır: Firdovsi Cəbrayılov merə də, başçıya da qalıb gəlir
-
Dünən, 12:04
DTX və DİN terrorçu qruplaşmaya qarşı əməliyyat keçirdi- SON DƏQİQƏ
-
Dünən, 08:38
Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
-
2-02-2025, 21:35
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
-
2-02-2025, 17:27
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
-
2-02-2025, 17:27
Rüşvətxor hakim tutuldu, bəs, dələduz Pənahı azad edən hakim Elnur Nuriyev necə olsun?
-
2-02-2025, 17:26
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
-
2-02-2025, 17:08
Sponsor axtarışında olan Federasiya prezidentinin biznes imperiyası - SƏNƏDLƏR
-
2-02-2025, 09:43
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
-
1-02-2025, 12:15
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - Bərdə sakinindən rəsmi qurumlara müraciət / VİDEO
-
1-02-2025, 11:38
İki xəstədən biri ölür - Hindistanda daha bir qorxulu infeksiya YAYILDI
-
31-01-2025, 22:43
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar
-
31-01-2025, 22:42
Azərbaycanda müavinsiz işləyən icra başçıları - SİYAHI
-
31-01-2025, 22:42
Yemək üçün yaşamağa məcbur edilən əhali: Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur
-
31-01-2025, 22:40
"AYNA"-nın rəhbərliyinin tapşırığı ilə "Port Baku"da gizli görüş
-
31-01-2025, 17:41
Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
-
31-01-2025, 09:31
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
-
31-01-2025, 09:29
AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
-
31-01-2025, 09:21
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
-
30-01-2025, 12:34
Cənab Prezident, gəlin, Abşeronda bu yolu görün – Foto
-
29-01-2025, 22:17
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
-
28-01-2025, 08:45
Milyonçu məmurun topdağıtmaz sərvəti: Cəlair Səmədov sərvəti ilə rekord qırır
-
28-01-2025, 08:45
Saleh Məmmədov işçilərin haqqın belə YEYİR- Öz həyatını milyonlarla süslüyən sədrin MAAŞ OYUNU
-
26-01-2025, 21:40
Bakıda Oleq Bakinskinin adı qarışan işdə SENSASİON DETAL açıqlandı
-
25-01-2025, 18:22
Rəfail Becanov: "“Tiktok” sosial platformaların içində..."
-
25-01-2025, 17:22
Üzgüçülük hovuzu işləməsə də, işçilərə 55 min manat maaş verilib – AUDİT
-
24-01-2025, 18:03
Bələdiyyə seçkilərində Hacı Əliyev nəvəsinin,Təzəxan Məmmədov isə qızının namizədliyini irəli sürüb Ailə bələdiyyəsi - ŞOK FAKTLAR
-
24-01-2025, 14:22
Tibbi avadanlıqların satışı ilə məşğul olan şirkət cəzalandırıldı
-
24-01-2025, 14:14
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM ...
-
24-01-2025, 14:12
İşçisi “Avrora” MMC-ni məhkəməyə verdi