“Sözsüz ki, diplomatiyamız da bu döyüşdən qalib çıxacaq - Ortada Ali Baş Komandanın sözü var...”
"Ölkəmizin ərazi bütövlüyünün tam bərpası yolundan qətiyyən geri çəkilmək olmaz..."
Yapışmaq üçün saman çöpü axtaran Ermənistan rəhbərliyi indi də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ Dövlət katibi M.Pompeo ilə görüşünə xeyli ümid bağlayıb. Buna görə tələsik baş diplomatları Z.Mnatsakanyanı Moskvadakı soydaşı və həmkarı S.Lavrovun yanına məsləhətləşməyə yollayıblar. Bu işdə düşmənimizə Amerika və Avropadakı ermənipərəst siyasilər də dəstək verməyə çalışır. Erməni KİV də bu istiqamətdə “ümid”li informasiyalar yaymağa başlayıb.
“Qarabağda qan tökülməsinin dayandırılmasında ABŞ həlledici rol oynaya bilər”.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu fikri ABŞ-ın ermənipərəst konqresmeni Frank Pallone “Tvitter”də Dövlət katibi Mayk Pompeonun Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə gözlənilən görüşü barədə paylaşımında yazıb.
“Dövlət katibi Pompeo bu görüşlərdən Azərbaycanı təcavüzünə son qoymağa məcbur etmək üçün istifadə etməlidir. Buraya ABŞ-ın həmin ölkənin ölümdaşıyan kampaniyasına mane ola biləcək sanksiyalar təhdidi də daxil edilməlidir” - üzdəniraq konqresmen belə deyib.
P.S. Ölkəmizin ərazi bütövlüyünün tam bərpası yolundan qətiyyən geri çəkilmək olmaz... Ümid edirik ki, diplomatiyamız da bu döyüşdən qalib çıxacaq. Çünki ortada Ali Baş Komandan İlham Əliyevin, eləcə də qardaş Türkiyə lideri Ərdoğanın qəti sözləri var...Sultan Laçın
Tarix: 21-10-2020, 14:05