“Döyüş meydanında müzəffər Azərbaycan Ordusu qarşında sarsıdıcı məğlubiyyətə uğrayan işğalçı Ermənistan respublikasının silahlı qüvvələrinin cəbhə xətindən xeyli uzaq yerləşən Azərbaycanın dinc şəhərlərinə, mülki əhaliyə gecə vaxtında güclü dağıdıcı qüvvəyə malik ballistik raket sistemləri ilə zərbə endirməsi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətdir və sözsüz ki, dinc sakinlərə atəş zərbəsi əmri verən Ermənistanının siyasi-hərbi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməlidir.”
Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb.
Hüquqşünas qeyd edib:“Ermənistanın belə azğınlaşmasına səbəb sözsüz ki, döyüş meydanında məğlubiyyəti və onun hərbi blok Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin (KTMT) üzvü olmasıdır. Azərbaycana qarşı 30 ilə yaxın işğalçılıq siyasəti aparan Ermənistanın KTMK-na üzv olma səbəbi məhz işğalçılıq siyasətini qorumaq və gücləndirməkdir. Artıq məlumdur ki, Ermənistan müxtəlif provokasiya, manipulyasiyalarla eləcədə, feke informasiyalarla Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfi daha doğrusu KTMT-nı cəlb etmək istəyir.
Ermənistan KTMK-nın tənzimləyici normalarını kobud şəkildə pozmaqla işğalçılıq siyasəti aparır və nəinki regional sülhə və hətta qlobal müharibə yaratmaq cəhdləri göstərməklə təhlükəli dövlət siyasəti aparır.
KTMK müqaviləsinin 1-ci müdəasında "iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmə və ya güc təhdidindən çəkinmək borcunu təsdiqləyir". Həmin təşkilatın Nizamnaməsinin 3-cü müddəasında "Təşkilatın məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi gücləndirməkdir"- deyə göstərilib. Həmin Nizamnamənin 20-ci maddəsində isə "Üzv bir dövlət bu Nizamnamənin müddəalarına, Şuranın qərarlarına və Təşkilatın digər qurumlarının icrasında qəbul edilmiş qərarlarına əməl etmədikdə, Şura Təşkilat orqanlarının fəaliyyətində iştirakını dayandıra bilər. Üzv Dövlət bu öhdəliklərini yerinə yetirməməyə davam edərsə, Şura həmin Dövlətin Təşkilatdan xaric olmasına qərar verə bilər. Bu məsələdə barəsində belə bir qərarın qəbul edilməsində həmin Dövlətin səsi nəzərə alınmır."
KTMK-nın tənzimləyici normalarından göründüyü kimi, üzv Dövlətlər Ermənistanın davamlı işğalçılıq siyasətinə və regional sülhə təhlükə yaratdığına görə Təşkilatdakı üzvlüyünə xitam verə bilər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəfimdən KTMT-nın rəhbərliyinə, üzv Dövlətlərə, yəni Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan Prezidentlərinə, eləcədə həmin dövlətlərin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliklərinə və Qanunverici orqanlarına müraciət edərək Ermənistanın KTMT-nın üzvlüyündən xaric edilməsi məsələsinin qaldırılması barədə müraciət edilib.
Ümid varam ki, Təşkilata üzv Dövlətlər Ermənistanın KTMT-nın hüquqi normalarını kobud pozduğuna və Təşkilata üzvlüyünün işğalçılıq siyasətinin qoruyucu şiti kimi istifadə etdiyinə görə onun Təşkilatdan xaric edilməsinə qərar verəcək.”
Tarix: 20-10-2020, 16:15