BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ermənilərin Gəncəyə hücumunu pisləyib



"Gəncə şəhərinin yaşayış massivinə böyük hücumun baş verdiyi ərazini ziyarət etdim. Həlak olanlar və yaralananlara görə başsağlığı verirəm".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai "Tvitter"də yazıb.
"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır", - o qeyd edib.
Tarix: 12-10-2020, 21:06
Xəbəri paylaş



Xəbər lenti